Bağışlanmaz səhvlərə imza atanlar

13:41 12-12-2018 | icon 833 | Köşə
Bağışlanmaz səhvlərə imza atanlar

 

Elçibəyin həbsinə order imzalayan və xəyanət edənlərlə necə birləşmək olar?

 

 

MEHRİBAN SADIQOVA

 

 

Son günlər müxalifət camiəsində bir istilik müşahidə olunmaqdadır. Keçirilən görüşlər, nəzərdə tutulan forumlar hansısa müsbət dəyişikliklərin olacağına inam yaratsa da, tarixin müəyyən dönəmlərində bu tərkibdə olan adamların qəsdən etdikləri hərəkətlər və bunun nəticəsində yaranan situasiya yada düşür...

 

Düzdür, əslində səhvsiz insan yoxdur. Amma bağışlanılmaz səhvlərə imza atanlar heç cür bu "birləşmələr"də təmsil oluna bilməzlər. İnsanlar artıq kimin kim olduğunu yaxşı bilir.


Bu günkü müxalifət cəbhəsi əsasən Əbülfəz Elçibəyin adı və idealogiyası (hərə özünün başa düşdüyü tərzdə) ətrafında birləşənlərdir. Bəs elə isə Elçibəyin həbsinə order imzalayanlarla, ona xəyanət edənlərlə necə birləşmək olar?

 


Elçibəyin həbs olunması üçün order imzalamış keçmiş baş prokuror İxtiyar Şirinov, hələ də xalqa hesabat verməkdən çəkinən keçmiş müdafiə naziri Rəhim Qazıyev və digərləri ilə birlik mümkündürmü? Müxalifət adı altında vahid ideoloji-siyasi birləşmə olmalıdır. Bu, reallıqda Elçibəy idealoji-siyasi xəttində olan qüvvələrin birliyi formasında ola bilər. Amma təklif olunan siyahı, düşünülən format müxalifət monopoliyasını yaratmaq istəyi kimi görünür və prinsipsiz, sərhədləri bilinməyən və müxalifət adına imitasiyanı, qeyri-idealoji boşluğu bəribaşdan özündə ehtiva edir. Biz istəyirdik ki, sağlam müxalifətin birləşməsinin, sivil yolla hakimiyyətə gəlmək üçün mübarizəsinin və böyük güc sahibi olaraq hökümətin verdiyi yalnış qərarlara təsir etmə bacarığı olan qüvvələr bir arada olsun. İdeoloji-siyasi baxımdan Elçibəy əxlaqının daşıyıcıları, onun demokratik düşüncə tərzini həyat yolu seçənlər bir arada olsun. Təəssüf ki, bu belə deyil. Müxalifətin birliyini yaratmaq normaldır. Amma Rəhim Qazıyevi, İxtiyar Şirini və digərlərini dəvət edənlər Elçibəyin yanında olan Fazil Mustafanı, Fərəc Quliyevi, Qüdrət Həsənquliyevi, Razi Nurullayevi niyə dəvət etməyiblər? Veriləcək cavabın da hazır olduğunu indidən deyə bilərəm. Deyəcəklər ki, Milli Məclisdə təmsil olunurlar (Razi Nurullayevdən başqa) və "satılıblar"...

Elə isə axı siz də məhz parlamentdə təmsil olunmaq uğrunda mübarizə aparırsınız. Bəs siz seçildiyiniz halda "satılmış" hesab olunmayacaqsız? Yeri gəlmişkən, onu da qeyd edim ki, Fazil Mustafa və Qüdrət Həsənquliyevin deputat kimi və Razi Nurullayevin bir partiya sədri olaraq ötən dövr ərzində fəaliyyəti müxalifəti monopoliyasında saxlamaq istəyən uğursuz cəhd edənlərdən daha səmərəli olub . Təbii ki, köhnə təfəkkürlü adamların yaratdığı koalisiyanın sonunun necə bitəcəyini elə indidən proqnoznozlaşdırmaq mümkündür.

 

Sonda isə üzümü şəxsiyyətinə hörmət bəslədiyim (istər həmin koalisiyada təmsil olunan, istərsə də olunmayan) partiya liderlərinə tutmaq istərdim - birləşin, müxalifətin birləşməyinin bu gün nəinki vaxtıdır, hətta gecikib. Amma sağlam əqidəli və sağlam düşüncəli, ən əsası da xalq üçün nəsə edə biləcək amacında olan qüvvələrlə birləşin.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür