Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

14:40 12-12-2018 | icon 689 | Cəmiyyət
Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

 

  

Dekabrın 11-də Sputnik Mətbuat Mərkəzində Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin (ƏQC) 2013- 2018-ci illər üzrə Hesabat- Seçki konfransı keçirilib.

 

Tədbir iştirakçıları konfransdan öncə Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib və məzar önünə gül-çiçək dəstələri qoyublar.

 

ƏQC-nin Mətbuat xidmətindən Versus.Az-a verilən məlumatına görə, Konfransda dövlət qurumlarının nümayəndələri, beynəlxalq və respublika səviyyəli  ekspertlər, KİV təmsilçiləri və QHT rəhbərləri iştirak ediblər.

 

Konfransın açılışında Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib, Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin anım günü və şəhidlərimiz bir dəqiqəlik sükutla hörmət və ehtiramla yad edilib.

 

MQF İdarə Heyətinin sədr müavini, “Vətəndaşların sosial rifahı naminə” İB-nin sədri İradə Rzazadə konfransı giriş sözü ilə açaraq bildirib ki, son 16 ildə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyada iqtisadi artım tempinə görə ön sıralarda qərar tutub:

 

“Uğurla həyata keçirilən neft strategiyası əsasında əldə olunmuş gəlirlər hesabına infrastruktur modernləşdirilib, qeyri-neft iqtisadiyyatı inkişaf etdirilib, sosial rifah yaxşılaşdırılıb, dövlətin balansında olan aktivləri artıb, ÜDM-nin həcmini aşan səviyyədə strateji valyuta ehtiyatları artıb. Milli iqtisadiyyat perspektivində müəyyən edilmiş aparıcı sektorların dayanıqlı inkişafını təmin edəcək ümumi məsələlər təmin olunub”.

 

Konfransda 2013- 2018-ci illər üzrə görülən işlər haqqında ƏQC-nin İdarə Heyətinin sədri Məhluqə Rəhimova tərəfindən məruzə edilib. Məhluqə xanım bildirib ki, “Əlil Qadınlar” Cəmiyyəti əlilliyi olan insanların cəmiyyətə fəal inteqrasiyası istiqamətində fəaliyyət göstərir:

 

“Cəmiyyət əsasən əlil qadınların sosial problemlərinin həlli, hüquqlarının müdafiəsi və məşğulluğunun təmin edilməsi sahəsində yüksək səviyyədə ixtisaslaşdığı üçün ötən dövr ərzində yüzlərlə ölkə və beynəlxalq səviyyəli sosial layihələrdə yaxından iştirak edib. ƏQC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən AR Nazirlər Kabinetinin 2012-ci il 25 aprel tarixli 89 nömrəli qərarına uyğun olaraq məişət zorakılığından zərər çəkmiş şəxslərə xidmət göstərilməsi üçün 24 aprel 2014-cü il tarixdə akkreditasiya olunub”.

 

Eyni zamanda Məhluqə Rəhimovanın ətraflı məruzəsi ilə bərabər slayd və video görüntülərlə ƏQC-nin fəaliyyəti əyani olaraq konfrans iştirakçılarına təqdim olunub.

 

Konfransda ƏQC-nin yeni tərkibdə İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri seçilib. ƏQC-nin nizamnaməsinə əlavə və dəyişikliklərlə təqdim olunan layihə qəbul olunub.

 

Konfransda səs çoxluğu ilə Məhluqə Rəhimova ƏQC-nin sədri seçilib.

 

Sonda konfrans iştirakçıları tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.

 

G.Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür