Qazaxıstanda iğtişaşlar
26 iştirakçı zərərsizləşdirildi, saxlanılanların sayı üç mini keçdi
Qazaxıstanın hüquq-mühafizə orqanları iğtişaşların 26 iştirakçısını zərərsizləşdirib, üç mindən artıq insan saxlanılıb.
Bu barədə “Xabar-24” telekanalı Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Qurumdan bildirilib ki, hadisələr zamanı 18 hüquq-mühafizə orqanı əməkdaşı ölüb, 748 polis və Milli Qvardiya hərbçisi xəsarət alıb.
Şəhər və rayon administrasiyalarına aid bütün binalar, həmçinin polis bölmələri nəzarətə götürülüb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"