“Rusiya burda öz anklavını yaratmağa calışsa...”

20:01 06-01-2022 | icon 662 | Geopolitika
“Rusiya burda öz anklavını yaratmağa calışsa...”

Ramiyə Məmmədova: “Rus çarına qarşı vuruşan basmaçlar yenə meydanda peyda ola bilər”

 

“Sosial etirazlar dövlətin taməmən nəzarətindən cıxdı, iş KTMT-yə cıxarılması isə vəziyyətin qərqinliyini artırdı, Qazaxstanın daxili məsəsləsində gücünün yetərincə olmadığını qöstərdi və Rusiyanın Belorusiyada olduğu kimi nəzarəti bir ələ toplayaraq vəziyyətin tam nəzarətə götürməsinə imkan yaratdı”.

 

Versus.Az xəbər verir ki, bunu şərhində politoloq Ramiyə Məmmədova bildirib.

 

O, Qazaxstanda baş verən hadisərdə Qərbin izinin olması ilə bağlı məqamlara toxunarkən Qərbin "qocalar qetsin" şüarına diqqət çəkib. Bildirib ki, “qoca” sözü Belorusda baş verən hadisələrdə də müşaidə edildi. Onun sözlərinə görə, Putini belə bu adla adlandırırlar. Demək ki, Qazaxstandakı baş verənlər ücüncü dövlətlər tərəfindən Belorusiyanın davamı kimi qiymətləndirilir.

Politoloq vurğulayıb ki, Qazaxıstan bu gədər terroristik qrupların ölkəsində təspit etməməsi də ayrıca bir sual doğurur:

 

“Rusiya burda öz anklavını yaratmağa çalışsa, zamanında olduğu kimi, rus çarına qarşı vuruşan basmaçlar yenə meydanda peyda ola bilər. Rusiya bunu cox gözəl anlayır. Qərbin bu bölqələrdəki varlığına isə qöz yuma bilməyən Rusiya məsələni "rus işğalı" olmadan həll etməlidir. Bunun da ən yaxşı yolu Tokayevin KTMT-yə müraciətidir. Nəzərə onu da alaq ki, SSRİ-nin dağlmasında da Qazaxıstanın və ordakı hadisələrin rolu heç də az olmayıb”.

R.Məmmədova qeyd edib ki, hökümətin Qazaxıstanın Qərb reqionunu sakitləşdirmək çətin olacaq. Qazaxıstanın bütün qaz yataqları onun qərbində yerləşir və xəzinəyə gələn dollar da o tərəfdə yaşayan və çalışan insanların zəhmətidir:

 

“Elə Qazaxıstanda zaman-zaman baş verən etirazlar da bu bölqədə başlayıb. Qazaxıstanda onsuz da Nazarbayev və ondan sonrakı dövrdə iqtisadi rifanın çətinləşməsi ilə insanlar bezmişdir. Bu vəziyyətin təkrarlanacağı mümkün idi, sadəcə bunu oranın başbilənləri milləti saymadan və heç bir xəbər vermədən qaza edilən artımla bu vəziyyəti tezləşdirdilər. Etirazlara baxdıqda isə cəmiyyəti uzun müddətdi buna hazırlaşmış kimi qörmək olar. Demək ki, xarici qüvvələrin rolunu da istisna etmək olmaz. Rusiya burada nə edəcək, əsas məsələ budu. KTMT-yə olan müraciəti nə cür dəyərlədirəcək. Sadəcə hələ neytral mövgeydən cıxış edir. Nə vaxtda gədər? Qazaxıstan hələ sakitləşmək niyyətində olmadığı kimi, Rusiyanın da vəziyyətə müdaxiləsi ücün doğru zaman gözləyə bilər”.

Politoloq bildirdi ki, Rusiyanın əlində olan ikinci silah da Qazaxıstanda yaşayan rusların təhlükəsizliyidir. Yəni əlində yetərincə rıcaqlar var:

 

“Rusiyanın bu ssenarini özü hazırlaması və həyata kecirməsi isə tamamilə mümkündür. Həm Qərbə reqionun ağasının kim olduğunu göstərmək, qazax hökümətinə isə Rusiyaya qarşı son apardığı siyasətin ruslaşmanın azalmasının yalnışlıqlarını gözünə soxmaq, türk dünyası ücün calışan Türkiyəyə böyüyən nüfüza zədə vuraraq ismarıc göndərmək və bu birliyin olmamasına calışaraq digər türk dövlətlərinə “sonrakı siz ola bilərsiniz” demək. Bu arada hadisələrin qedişatına görə Türkiyənin hadisələrlə bağlı verdiyi acıqlamlar qazax xalqına həm yardım, həm də yol qöstərə bilər. Lakin Nazarbayevin bu vəziyyətdən uzaglaşdırılması heç də yaxşı hal olmadı. Qoca nədə olmasa həm reqiondakı vəziyyətə, həm də türk dünyasına az töhvə vermirdi”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür