Sahibini tapmaq üçün polis bölməsinə gəldi
ABŞ-da itkin düşmüş itin özü ona sahiblərini tapmaqda kömək etmək üçün polis idarəsinə gəlib.
Çavuş Rusti Martin növbətçi ikən it şöbəyə gəlib. Köpək zabitlərə diqqətlə baxıb və hərəkətlərilə köməyə ehtiyacı olduğunu anladıb.
Polislər heyvanlara nəzarət idarəsi əməkdaşlarına müraciət ediblər. Lakin onlar gələnədək it bölmədə tennis topu ilə bir qədər oynadıqdan sonra qaçıb gedib.
Ertəsi gün itin sahibi ev heyvanının bir gün yoxa çıxdıqdan sonra geri qayıtdığını yazıb. Onun şöbədən təxminən bir kilometr aralıda yaşadığı məlum olub.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"