Vindzor qəsri üzərindən istənilən uçuş qadağan edildi
İngiltərənin kraliçası II Elizabetanın əsas iqamətgahı olan Vindzor qəsri üzərindən bütün uçuşlar qadağan edilib.
Bu barədə Haber Global məlumat verib.
Qeyd olunur ki, qadağa yanvar ayının sonuna kimi qüvvədə olacaq.
Lakin sözügedən təhlükəsizlik tədbirlərinin nə ilə əlaqədar olduğu qeyd edilmir.
Polis qurumları imzalanan əmri pozan hər kəsin cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"