Sahibsiz itlər üçün SIĞINACAQ
“Cəlilabadda sahibsiz və küçə itləri üçün saxlanc yerlərinin tikilməsi planlaşdırılıb”.
Versus.Az xəbər verir ki, bunu Cəlilabad Rayon Baytarlıq İdarəsinin rəisi Vidadi Əliyev bildirib.
İdarə rəisi əlavə edib ki, rayon ərazisində sahibsiz və küçə itlərinə qarşı quduzluq əleyhinə mütəmadi olaraq vaksin vurulur və peyvəndləmə işləri aparılır.
Məlumat üçün bildirək ki, ötən il ərzində 473 nəfəri it dişləyib. Onlardan 203-ü uşaqdır.
Rayon sakinləri bildirib ki, rayon mərkəzində bütün küçələrdə sahibsiz itlərə rast gəlmək olur:
“Uşaqları tək məktəbə göndərməkdən qorxuruq. Sürü halında gəzən küçə itlərinin birdən 5-6-sı hücum edir”./report/
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"