Özbəkistan Qazaxıstanla sərhədləri bağladı

11:41 16-01-2022 | icon 411 | Dünya
Özbəkistan Qazaxıstanla sərhədləri bağladı

Özbəkistan yanvarın 15-dən iki ölkənin vətəndaşları üçün Qazaxıstanla quru sərhədlərini müvəqqəti bağlayıb.

 

Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Özbəkistan XİN sərhədlərin “Omikron” ştamının yayılmasının qarşısını almaq məqsədilə bağlandığını açıqlayıb.

 

İki ölkə arasında aviaəlaqələr davam edir.

 

Qazaxıstandan Özbəkistana təyyarə reysi ilə gələnlər koronavirusla əlaqədar 48 saat ərzində qüvvədə olan testin nəticəsini təqdim etməli, həmçinin Özbəkistan ərazisində ekspress test verməlidirlər.

 

Quru sərhədini isə vətənlərinə dönən Özbəkistan və Qazaxıstan vətəndaşları, hökumətlərarası feldyeger xidməti əməkdaşları, beynəlxalq yükdaşımaları həyata keçirənlər, rəsmi nümayəndə heyətlərinin üzvləri, diplomatik nümayəndəliklərin, konsulluqların əməkdaşları və onların ailə üzvləri, Özbəkistanın Qazaxıstanda və Qazaxıstanın Özbəkistanda yerləşən obyektlərinə xidmət edən heyətin üzvləri, investisiya layihələrində iştirak edənlər, Özbəkistanda daimi yaşayan Qazaxıstan və Qazaxıstanda daimi yaşayan Özbəkistan vətəndaşları, ağır xəstələrin və dəfn edilənlərin yaxın qohumları, ölənlərin meyitlərini müşayiət edənlər keçə biləcəklər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”