Demokratiyaya 6 milyon avro ayrıldı

16:22 17-12-2018 | icon 481 | Dünya
Demokratiyaya 6 milyon avro ayrıldı

 

Avropa İttifaqı (Aİ) Rusiyada vətəndaş cəmiyyətini, eləcə də demokratiyanı müdafiə edən fəalları dəstəkləmək üçün təqribən 6 milyon avro pul ayıracaq.

 

Versus.Az xəbər verir ki, bu barədə Avropa Komissiyasının demokratiyaya dəstəklə bağlı yeni layihəsində deyilir. Sənəddə qeyd olunur ki, qrant formasında müsabiqə yolu ilə veriləcək pullar Rusiyada demokratiyanın inkişafı, sərbəst toplaşma və internetdə ifadə azadlığı, vətəndaş cəmiyyəti institutlarının mövqeyinin güclənməsi kimi sahələri əhatə edəcək.

 

Avrokomissiyanın sənədinə əsasən, qrantın 1,5 milyon avro dəyərində ilk hissəsi yerli səviyyədə Rusiyada qeyri-hökumət təşkilatlarının potensialının güclənməsinə sərf ediləcək. Qrantın qalan hissəsi isə Rusiya kütləvi informasiya vasitələrinin daha azad və müstəqil fəaliyyətinə, eləcə də, sərbəst toplaşmaq azadlığının gücləndirilməsinə istiqamətlənəcək. Bu məqsədlə, qrant alanlar alternativ dialoq və debatlar təşkil etməli, həmçinin, daha geniş auditoriya, xüsusən də gənclərlə işləməlidir.

 

Lakin Moskvada hesab edirlər ki, Aİ və bütövlükdə Qərb bu cür layihələri maliyyələşdirməklə Rusiyada müxtəlif destruktiv təşkilatların fəaliyyətini dəstəkləyir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili