"Nankor qız, o nur məkanı murdar ayaqlarınla murdarlama" - VİDEO

16:55 17-12-2018 | icon 648 | Gündəm
"Nankor qız, o nur məkanı murdar ayaqlarınla murdarlama" - VİDEO

 

Bu günlərdə sosial şəbəkələrdə Nərmin Şahmarzadə adlı azərbaycanlı bir psixoloq Mübariz İbrahimov haqqında təhqiramiz fikirlər səsləndirib.

 

Versus.Az publika.az-a istinadla xəbər verir ki, Türkiyənin "Savaşçı" serialında rol alan azərbaycanlı aktyor Kənan Mahmudov Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı səsləndirilən qalmaqallı fikirlərə sərt reaksiya bildirib. O, serialın aktyorlarının "Mübariz Türk Dünyasının Qəhrəmanıdır" şüarını səsləndirdiyi videonu paylaşaraq Milli Qəhrəman haqqında mənfi rəy bildirən Nərmin Şahmarzadəni nankor adlandırıb:

 

"Mübarizi tanımayanın qanında, soyunda, sülaləsində problem var. Bunu o qıza və ona dəstək olan ermənipərəstlərə göstərin. Bir mikrob Nur dunyasına ləkə sala bilməz".

 

Aktyor hesab edir ki, N.Şahmarzadə Mübarizin məzarı önündə dik çöküb üzr istəməlidir:

"Get, diz çök Mübarizin məzari önündə və üzr istə! O zaman bu millət səni əfv edər. Nankor qız, ya da getmə ora, o nur məkanı murdar ayaqlarınla murdarlama".

 

Xatırladaq ki, aktyor adıçəkilən türk serialının əvvəlki bölümlərində ssenaristlərdən Xocalıda baş verən soyqırım və Mübarizlə bağlı səhnələrin daxil edilməsini rica etmişdi:

 

"Ssenaristlərimizdən çox rica etdim ki, Xocalıda baş verən soyqırımı daxil edək, sağ olsunlar mənə "ok" dedilər. Mübarizin adı ümumiyyətlə, yox idi. O, mənim vicdanımın səsi oldu, qəhrəmanımızın adını çəkilişdə səsləndirdim. Türk dilində oynamağımın səbəbi dərdimizi türkdilli qardaşlara çatdırmaq idi... Bu, mənim azərbaycanlı sənətçi olaraq borcum idi... Mən aid olduğum yerdə deyiləm, mən layiq olduğum yerdəyəm. Mən tarix yazmadım, tarix mənə sahib çıxdı".

 

Videonu izləmək üçün şəklə klikləyin:


Kənan M.M Mübarizi təhqir edən azərbaycanlı qıza səsləndi: "Murdar ayaqlarınla..."

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür