Keçmişi QAMÇILAYANLAR...

15:02 20-01-2022 | icon 2333 | Köşə
Keçmişi QAMÇILAYANLAR...

Bu gün lazım olan addımı atmasalar, sabah onlar da qamçılanacaq...

TAHİRƏ QAFARLI

 

 

1990-2022-ci il...

 

1990-cı il qanlı 20 yanvar faciəsindən düz 32 il ötür. O illərdə neçə insanın ömrü yarımçıq qaldı...

 

Kim törətdi 20 yanvar qanlı qırğınını, niyə?!.. Bu suallar ətrafında çox təhlillər aparılır, çox arxivlər araşdırılır... 

 

O vaxt hakimiyyətdə olanların səhvləri, günahları təhlil edilir. O vaxt meydanlara axışan insan izdihamını idarə edənlər ittiham edilir, qınanır... O dövrün özünü qəhrəman sayan müxalifəti səriştəsizlikdə, təcrübəsizlikdə qınanır, siyasi hakimiyyət davası, daxili çəkişmə, hakimiyyət iddiası ilə gözünü qan örtənlərin cılızlığı ortaya çıxır, bir yandan da torpaqlarımız hansısa oyunların güdazına gedir və daha nələr, nələr...

 

Məlum olur ki, əslində ən ağıllı sayılan kimlərsə həmin gün nələrin baş verə biləcəyini ağlına sığışdıra bilmirdi... Yaxud, bilirdi və sadəcə bundan öz maraqları üçün istifadə edəcəyini düşünürdü...

 

Əgər "sehirli sovet şineli"ndən çıxmaq istəyən, az qala ruhu o "şineldə" alınan bir hökumət iqtidardısa, xalqının ondan xilas olmaq istəyi, qurtulması uğrunda apardığı mübarizə necə asan, qansız ola bilərdi... Əlbəttə ki, hökumətdəki rusbaşlar, qərbbaşlar iqtidarını əldən verməmək üçün şeytanla da danışıqlara gedərdi və getdi... 

 

Əliyalın meydanlara çıxan və bu gün xatirəsini andığımız Şəhidlər, o dinc insanlar baş verəcəklərdən xəbərsiz, fərqinə varmadan öz tarixi Topxana meşəsinin, şəhərinin məhv edilməsinə qarşı etiraz etməyə, azadlığı üçün meydana çıxmışdı. Amma Qərbin, sovet Rusiyasının rəhbərlərinin Sosializmi yıxmaq üçün apardıqları amansız, faşist siyasətində Azərbaycanı, xalqı öz oyunlarına qurban vermək də var idi...

 

O tarixi Azadlıq Meydanında nələr olmadı... Çoxları Meydanın idarəçisi kimi parlamaq istədi, çoxları o meydanda yarandı və yaxud yaradıldı. Bir az danışa bilənlər çıxıb siyasi liderlər də oldular. Hələ bizi qarşıda nələr gözləmirdi...

 

Meydanlarda qəhrəman olanlar bu xalqı tanklardan, rus güllələrindən qoruya bilmədi. Çox vaxt siyasi hakimiyyət üçün xalqı idarəolunmaz hala gətirdilər... Təbii ki, çökməkdə olan, aqoniya yaşayan sovet Rusiyası özü ilə bərabər qarşısına kim çıxdısa yandırırdı. Onu məşər ayağına gətirən də "sapı  özümüzdən" olan baltalar oldu...

 

Sovet Rusiyası "Karol öldu, yaşasın Karol" prinsipi ilə özünün regiondakı "gələcəyi" üçün həm də yeni zəmin hazırlayırdı. Xalqın gözünü qorxutmaq, özünə tabe etmək siyasəti ilə...

 

20 yanvar-a qədər gedən proseslərdə də türkün əbədi düşməni "erməni maşası"ndan istifadə olundu. Erməni iddiaları Cənubi Qafqazı, Azərbaycanı müharibə ocağına çevirmək üçün əsas qarışdırıcı və vasitə, kimi ortaya atılmışdı. Erməni faşizmi, erməni məkiri ilə asanlıqla Azərbaycanın sabitliyi pozulurdu...Büütün tarixi dövlərdə yaşadığımız qətliamlar,soyqırımlarda olduğu kimi 20 yanvar faciəsini törədənlər  rus hərbçiləri ilə bərabər erməni killerləri idi... 

 

Cinayətkarlar cəzalandımı?..Cəzalanacaqmı? 20 yanvar faciəsindən keçən bu 32 ildə yaşadıqlarımız, beynəlxalq hüququn, beynəlxalq qanunların belə bir qırğına qaşı susqunluğu cinayətkarlarla əməkdaşlığını ortaya çıxartmırmı?.. Azərbaycanda qırğınlar törədənlər elə bir planla hərəkət etdilər ki, bu daha çox "əzrail işi"nə bənzədi. Rus öldürdü, qərb susdu, bu prosesdə hərə öz "qazandıqlarını" götürdü. Günahkar isə bu xalqın içində axtarıldı. Hamı günahkarı yanında aradı, günahı özündə gördü... Bəli, qlobal cinayətlərin bir ünvanı olmur...

 

...20 yanvar, ondan əvvəl Sumqayıt hadisələrinə görə, daha sonralar torpaq itkilərinə, yaxud Xocalıda yenə də rusların ermənilərlə törətdiyi soyqırımlara görə bəzən özümüzü, bir-birimizi ittiham edib qınasaq da, cinayətkar bəllidir. Əslində yanaşmanın özündə də düşmən barmağı var idi.

 

20 yanvarın qatilləri və sonrakı bəlalarımızın səbəbkarları Rus imperiyası, erməni faşizmi, Və onların havadarlarıdır. Sovet rus qoşunları bu qırğını törətmək üçün artıq çoxdan öz proqramını hazırlamışdı. Bu qırğını erməni-faşist ideologiyası ilə hərəkət edən rus hərbi dəstələri törətdi. Bu əmri ona Moskva verdi, Qərb də buna etiraz etmədi... Etiraz etmədisə, bu qırğını törədənlərə sərt reaksiya vermədisə həmin o beynəlxalq ədalətdən danışan dünyanın başbilənləri də rus hərbçiləri, ermənilər qədər cinayət törətmiş oldular. 

 

20 yanvar hadisəsi törədilənə qədər artıq sonuncu azərbaycanlılar öz dədə-baba torpaqlarından, qərbi Azərbaycandan  qovulmuşdu, didərgin salınmışdı. Amma heç də buna hökumətdən reaksiya verilmirdi. İrəvandan qovulan cammat Xankəndiyə yerləşdirilmədi. Niyə?.. Belə bir səssizlik ermənilərin vaxtaşırı Qarabağda törətdikləri qətillər zamanı, könüllü əsgərlərimizin Şərqi Zəngəzur və digər döyüş gedən rayonlarımızda üzləşdikləri hərcmərclik, laqeydlik və öz hərbi mövqelərindən geri çağırılmaları zamanı da var idi... Nə baş verirdi. bunda günahkar kim idi?..Rusbaşlar, ermənibaşlar, qorxaqlar, satqınlar...

 

...Mən günahkar axtarmıram, zatən bəllidir... 

 

Lakin xalqı bu 32 ildə qırğınlara aparan səriştəsiz rus, ermənibaş başbilənlərimiz, siyasətbazlarımız da onlardan az günahsız deyil.

 

Ona görə də bu gün Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Azərbaycanın 44 günlük hərbi zəfərini Torpaq Uğrunda canını fəda edən Şəhidlərimizin Ruhuna bir Salavat, bir Qisas kimi qəbul edirəm. Allah bütün Şəhidlərimizə rəhmət eləsin!.. Hələ bizim düşməndən alacağımız əsl qisas qabaqda!..

 

Həmin o Rus qoşunu, həmin o mənfur erməni, həmin o üzsüz beynəlxalq qurumlar, üzsüz demokratiya carçıları -Fransa, ABŞ, Rusiya indi də o "əzrail" sifətləri ilə qarşımızda, içimizdə... Bu güclərin hiyləsindən qurtulmaq üçün birinci növbədə daxilən tam milliləşməli, rusbaşlar, fransızbaşlar əsas vəzifələrdən, ümumən içimizdən dəfv olunmalıdır. Vətənin bu günündə onun yox, öz maraqlarının yanında dayanan ən əzizimizə də aman verməməliyik. Keçmişi qamçılayan siyasətçilər, ziyalılar, diplomatlar bu gün lazım olan addımı atmasalar, sabah onlar da qamçılanacaq...

 

Azərbaycana -Şəhidlərinin ruhu şad olsun, başınsağolsun -deyirəm. Başın sağolsun Vətən! Sənə bundan sonrakı ağır, gərgin proseslərdə, ikilistandartlı ədalətsiz dünyada qalib olmağı arzu edirəm. Ruhun şad "20 yanvar"da qanını vətən üçün axıdıb, onun istisində qəhrəmanlar yetişdirən Şəhidlərim, Şəhidlər Xiyabanım Ruhun şad olsun!..

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR