Ermənistanın prezidenti niyə istefa verdi?

10:07 25-01-2022 | icon 641 | Geopolitika
Ermənistanın prezidenti niyə istefa verdi?

Ermənistan Prezidenti Armen Sarkisyanın gözlənilməz istefa qərarı gündəmin başlıca müzakirə mövzularındandır. Maraqlıdır, Armen Sərkisyan vəzifəsindən niyə və ya kimin istəyi ilə istefa verib, Gözləntilər nədir?

 

 

Politoloq Turan Rzayev Versus.az-a bildirib ki, Sarkisyan özü istefasını onunla əsaslandırdı ki, guya onun əlində daxili və xarici siyasətə təsir edəcək imkanlar yoxdur. Politoloq Sarkisyanın bu açıqlamasını gülünc və bir o qədər də absurd hesab edir.

 

 

“Məsələ ondadır ki, Ermənistan Konstitusiyasında prezidentin səlahiyyətləri açıq-aşkar göstərilir. Hər halda bunu Armen Sarkisyan özü də bilməmiş deyil. Hesab edirəm ki, Armen Sərkisyanın vəzifəsindən istefa verməsinin əsas səbəbi birbaşa onun özü ilə bağlıdır. Belə ki, Sarkisyan prezident olanda Ermənistanın Baş nazir Serj Sərkisyan idi. Serj Sərkisyanın Kremlə sadiq olması Armen Sərkisyanı Ermənistan prezidenti olmaqla kifayətləndirirdi. Lakin Nikol Paşinyanın gözlənilmədən, özü də inqilabla hakimiyyətə gəlməsi Armen Sərkisyanın hakimiyyət iştahını daha da artırdı. Daha dəqiq desək, Armen Sarkisyan ilk başda Nikol Paşinyanı özü üçün elə də ciddi rəqib görmürdü.

 

Armen Sərkisyan üçün Serj Sərkisyan daha ciddi fiqur idi. Paşinyan isə inqilabla hakimiyyətə gəlmişdi. O elə hesab edirdi ki, Paşinyanı rahatlıqla hakmiyyətdən uzaqlaşdıra, beləcə prezident səlahiyyətlərini artıraraq hakmiyyəti öz əlinə ala biləcək. Prinsip etibarilə Ermənistanın 44 günlük müharibədə məğlub olması və bu məğlubiyyətdə Paşinyanın əsas günahkar kimi göstərilməsi də Sərkisyanın bu ümidlərini artırdı”.

 

Politoloq son zamanlar Armen Sərkisyanın xarici siyasətdə aktivlik nümayiş etdirməsinə diqqət çəkib.

 

“Sərkisyanın bir diqqət çəkən cəhəti də onun Böyük Britaniya ilə sıx əlaqələrinin olmasıdır. Hazırda onun əsas biznesi və maliyə kapitalı məhs bu ölkədədir. Bu həm də ondan xəbər verir ki, o da Paşinyan kimi Qərb tərəfindən dəstəklənirdi. Lakin son hadisələrdən sonra Sarkisyan da anladı ki, Qərbin əsas fiquru o yox, Paşinyandır. Sarkisyan buna görə də Paşinyanla mənasız mübarizəyə girib həm erməni diasporu ilə münasibtələrini pozmaq, həm də öz nüfuzunu aşağı salmaq istəmir”.

 

 

Politoloq hesab edir ki, Sərkisyanın istefası Paşinyana sərf edir.

 

“Bir müddətdir Ermənistan Baş naziri Nikol Paşinyan konstitusiya islahatlarına hazırlaşır. Düzdür, onun konstitusiya islahatlarına razılıq verməsinin görünən səbəbi məlum Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında rəsmi Bakı və Ankaranın ortaq tələbi olsa da, istisna deyil ki, burada Paşinyanın öz maraqları da var. Daha dəqiq desək, Paşinyan islahatlar keçirərək prezidentin səlahiyyətlərini artırmaq, daha sonra da özü prezident olmaq istəyir. Buna görə də o, Armen Sarkisyanın səlahiyyət müddətinin 2025-ci ildə başa çatmasına qədər gözləmək istəmədi.

 

Armen Sərkisyanın istefası Ermənistanda növbədənkənar prezident seçkisinin təyinatına səbəb olacaq. Prezidenti isə parlament seçəcəck.  Parlamentdə isə səs çoxluğu Paşinyanın blokuna malikdir. Ehtimal ki, Paşinyan indiki məqamda özünə sadiq bir formal prezidenti başa gətirib Ermənistanda tək güc olacaq. Konstitusya islahatlarından sonra isə özü prezident olacaq. Ancaq bu da bir reallıqdır ki, bunu qısa müddətdə etməsi mümkün deyil”.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...