İdmançımız Türkiyə klubuna transfer oldu

14:45 31-01-2022 | icon 528 | İdman
İdmançımız Türkiyə klubuna transfer oldu

Şose velosipedi üzrə U-23 yığma komandamızın üzvü Əli Qurbanov Türkiyənin “Sakarya BB Pro Team” klubuna keçib.

 

Versus.Az xəbər verir ki, bununla bağlı qardaş ölkə təmsilçisinin sosial media hesabında “Komandaya xoş gəldin, Əli Qurbanov” başlığı altında paylaşım da edilib.

 

Artıq Əli yeni komandasının heyətində debüt edib. Velosipedçimiz bazar günü Alanya bölgəsində keçirilən 1.2 kateqoriyalı “Grand Prix Megasaray” yarışında mübarizə aparıb və 126 km məsafəni 2 saat, 46 dəqiqə, 4 saniyəyə başa vurub.

 

Qeyd edək ki, 21 yaşlı idmançımız “Sakarya BB Pro Team” klubunda çıxış edən sayca 2-ci velosipedçimizdir. Elit yığmamızın kapitanı Elçin Əsədov artıq ikinci mövsümdür ki, Türkiyə təmsilçisinin heyətində mübarizə aparır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR