"Heç vaxt belə uduzmamışdım"

14:48 31-01-2022 | icon 331 | İdman
"Heç vaxt belə uduzmamışdım"

"Çox maraqlı və rəqabətli yarış oldu".

 

Versus.Az "Report"a istinadən xəbər verir ki, bunu Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində ikinci yeri tutan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

 

37 yaşlı qrossmeyster yarış zamanı ona dəstək olan hər kəsə - dostlarına, şahmat həvəskarlarına təşəkkürünü bildirib.

 

Məmmədyarovun fikrincə, belə bir turnirdə ən yaşlı şahmatçı kimi çıxış etmək elə də asan olmayıb:

"Heç vaxt hansısa turnirdə bu statusda oynamamışam. Ona görə də asan deyildi. Amma nə etmək olar? Bunu biləndə ilk sualım belə oldu: Haradasan, Vişvanatan Anand? Şadam ki, Sergey Karyakin burada məndən sonra ən yaşlı ikinci şahmatçı idi. O da ən yaşlılardan biridir (gülür)".

 

Şahmatçı qarşılaşmalara çox vaxt g4 gedişi ilə başlamasının səbəbi açıqlayıb:

"Hələ də fikirləşirəm ki, bu, yaxşı ideyadır. Niyə də g4 gedişi etməyim? Əminliklə deyə bilərəm ki, yenə bu gedişə müraciət edəcəyəm. Çünki normal haldır. Adətən, bu gedişdən sonra çox vaxt uduzmursan.Amma mən g4 gedişi etdikdən sonra çox vaxt pis vəziyyətə düşürəm (gülür). Bununla belə, mənim üçün maraqlı açılışdır. Yenidən g4 gedişinə qayıdacağam".

 

Təcrübəli qrossmeyster turnirdəki ən yaxşı oyununu da açqlayıb:

"Təbii ki, Maqnus Karlsenə uduzduğum görüşü qeyd edərdim. Maqnus fantastik oynadı. Heç vaxt belə uduzmamışdım. Möhtəşəm oyun idi".

 

Qeyd edək ki, Şəhriyar Məmmədyarov 13 turdan sonra 8 xalla ikinci olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR

Məktəbdə baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA