Afət Fərmanqızının əri azadlığa buraxıldı
Müğənni Afət Fərmanqızının əri Mamed Nanacanovun azadlığa buraxılması ilə bağlı məlumatlar yayılıb.
Belə ki, öz geyimini sosial şəbəkə hesabında reklam edən müğənni videonun həyat yoldaşı tərəfindən çəkildiyini qeyd edib və ona geyimi ilə bağlı sual verib.
Afət Fərmanqızının həyat yoldaşının azadlığa buraxılması ilə bağlı məlumat təsdiqlənib.
Versus.Az xəbər verir ki, müğənninin həyat yoldaşı Mamed Nanacanov sərbəst buraxılıb. Barəsində açılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, Mamed Nanacanov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (Xuliqanlıq; silahdan istifadə edilməklə törədildikdə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham olunurdu.
O, yanvarın 31-i səhər saatlarında Xəzər Rayon Polis İdarəsi tərəfindən saxlanılaraq istintaqa cəlb edilmişdi.
Xəzər rayon Məhkəməsinin qərarı ilə M. Nanacanov barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"