"Din də müasir anlayışla təbliğ edilməlidir"

12:34 04-02-2022 | icon 290 | Cəmiyyət
"Din də müasir anlayışla təbliğ edilməlidir"

Fazil Mustafa: "Bir çox hallarda din dövlət üçün təhlükəyə çevrilməyə başlayır”

 

“Biz dünyəvi dövlətik. Dünyəvi dövlətlərdə din dövlətdən ayrıdır. Yəni, dinin yeri ayrıdır, amma bir çox hallarda din dövlət üçün təhlükəyə çevrilməyə başlayır”.

 

Bunu Versus.az-a dini müstəvidə yaranan problemlər və dinin təbliği ilə bağlı açıqlamasında deputat Fazil Mustafa bildirib.

 

F.Mustafa dinin təhlükə törədən məqamlarına da diqqət çəkib:

 

“Təsəvvür edin, Azərbaycanda nə qədər xümspulu yığılır və başqa ölkəyə göndərilir. Niyə göndərilməlidir?! Bu, artıq kəşfiyyat məsələsidir. Azərbaycanda ortaya “İmam Mehdi” çıxmışdı. Nə qədər sahibkarın cənnətdə yer almaq adı ilə 30-40 min pulunu almışdı. Hətta bəzilərinin yaxınlarını da siğə etmişdi. Həmin adamı hüquq-mühafizə orqanları yaxalamışdılar. Mən faktdan danışıram. Belə cahillik olmaz. Hansı ölkədə məscidin üzərində bayraq var?! Sən kimsən ki, məscidin üzərinə Azərbaycan bayrağından fərqli bayraq asırsan?! Dində bayraq anlayışı yoxdur. Əməvilərin bayrağı ayrıdır, Abbasilərin də bayrağı fərqlidir. O asılanlar rejimlərin bayraqlarıdır. Həmin rejimlər tarix boyu olub. Sən hansı rejimi tarixdən, yeddinci əsrdən gətirib buraya salırsan?! Üstəlik, digər dinlərin nümayəndələrini də qəbul etmirsən ki, bu, xristiandır, bu, yəhudidir. Səhər duranda işığı yandırıb namazını qılırsan. O zaman namaz qılmaq üçün işığı yandırma də... İşığı da bir xristian kəşf edib. O zaman telefonla danışma, dəvənin üstündə gəz də...”

 

Bütün ziddiyətli məqamları yaradan məsələlərə cavab verən F.Mustafa bütün bunların fonunda hesab edir ki, müasir dünyanın içərisində din də müasir anlayışla təbliğ edilməlidir:

 

“Hamı bankdan kredit götürür, iş görür. Sən də dindaram, faiz götürmürəm deyirsən. Bunlar yeni dünyanın tələbləridir. Həmin qaydaları tətbiq edən, köhnəliyi əsas götürən İrana, İraqa, Əfqanıstana, Ərəbistana baxın, hansı gerçək İslamı yaşayır?!”

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili