Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ

15:43 07-02-2022 | icon 354 | Sosial
Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ

"Şirkət rəhbərliyindən öz öhdəliklərini yerinə yetirməyi tələb edin"

 

Masazırda yeni binada yaşayan 300-dən çox ailə, problemlər məngənəsində boğulur. Sakinlər binaya olan borclarını tam ödəsələr də, kommunal xidmətlərlə bağlı çətinliklərlə üzləşirlər.

 

“Xəzər Xəbər”ə danışan sakinlər binada tez-tez işıqların söndüyünü və suyun kəsildiyini qeyd ediblər.

 

Ayda bir dəfə “Viktoriya” MTK rəhbərliyi dəyişdiyindən sakinlər şikayətlərini hara ünvanlayacaqlarını bilmirlər. Sakinlər deyirlər ki, onlar binaya köçəndə verilən vəd özünü doğrultmayıb. Hazırda binada iki şəhid ailəsi də yaşayır. Bina illərdir istifadə olunsa da, rəsmi olaraq təhvil verilmədiyinə görə, sakinlər evlərinə çıxarış da ala bilmirlər.

 

Onların sözlərinə görə, 2013-cü ildən tikilən binaya gələn yol da bərbad vəziyyətdədir.

 

Qeyd edək ki, hər bir tikinti şirkəti öz alıcıları ilə bağladığı müqaviləyə görə onlar qarşısında üzərinə öhdəlik götürür. Bu öhdəliklərdən biri də binanın layihə üzrə tikintisini həyata keçirmək, tikinti başa çatdıqdan sonra lazımi sənədlərini hazırlayaraq aidiyyəti təşkilatlara təqdim etmək və binalara “İstismara İcazə Aktı” almaqdır.

 

Abşeron Rayon İcra Hakimiyyətindən bildirildi ki, rayonun Masazır kəndi ərazisində “Viktoriya” MTK tərəfində inşa edilən binalara “İstismara İcazə Aktı” verilməyib.

 

Qeyd olunub ki, vətəndaşlar şirkət rəhbərliyindən öz öhdəliklərini yerinə yetirməyi tələb etməlidir. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.

 

“Abşeron RİH-i olaraq sakinlərə lazımi hüquqi yardımları da göstərə bilərik”, - deyə açıqlamada bildirilib.

Daha ətraflı süjetdə:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...