Səhiyyə Nazirliyində YENİLİK
Vahid “Çağrı Mərkəzi” yaradılacaq
“Səhiyyə Nazirliyi yanında Vahid Səhiyyə “Çağrı Mərkəzi” yaradılacaq”.
Versus.Az xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, vətəndaşlar yaradılacaq “Çağrı Mərkəzi”nə müraciət edərək tiblə bağlı istənilən sualları ünvanlaya biləcəklər:
“Bu, vətəndaşların problemlərinin daha tez həllinə və sorğuların operativ şəkildə cavablandırılmasına şərait yaradacaq. Təbii ki, nazirliyin rəsmi saytı vasitəsilə daxil olan müraciətlər də qəbul olunaraq dərhal cavablandırılacaq. Eyni zamanda kağız daşıyıcılar vasitəsilə daxil olan müraciətlərə də davamlı olaraq, operativ və effektiv baxılması təmin ediləcək”.
T.Musayev onu da qeyd edib ki, səhiyyənin rəqəmsallaşdırılması ilə bağlı strategiya hazırlanır:
“Belə ki, beş illik bir dövrü əhatə edəcək strategiyanın yaxın vaxtlarda aidiyyəti üzrə təqdim olunması planlaşdırılır. Beləliklə səhiyyə sistemi də iqtisadiyyatın digər sahələri kimi rəqəmsallaşmağa başlayacaq”.
Xəbər lenti
Direktorluqdan imtina etdi
Xankəndiyə müəllimi kimi qayıtdı...