İrəvana qarşı böyük təzminat davası qapıda

10:04 11-02-2022 | icon 468 | Gündəm
İrəvana qarşı böyük təzminat davası qapıda

Bakı “oksigen balonu”nu bağlayır

 

Kapitulyant ölkə işğalçı İraqın aqibətindən yayına bilməyəcək; rusiyalı politoloq: “Hətta ateist kommunistlər də bu barbarlığa getməyiblər...”

 

İraq hakimiyyəti 1990-cı ildə Küveyti işğala görə 50 milyard dollardan çox təzminat ödənişini bugünlərdə başa çatdırıb. Belə bir kompensasiya 30 il əvvəl BMT Təhlükəsizlik Şurasının qərarı əsasında müəyyən edilmişdi və pul İraq neftinin ixrac satışından tutulurdu.

 

Beləcə, haqq-ədalət maddi baxımdan da öz yerini tutdu. Obrazlı ifadə eləsək, İraqın “sağ əli” Ermənistanın başına. Təbii ki, onun üçün də bu gündən var. 2-ci Qarabağ müharibəsindəki acınacaqlı və rüsvayçı məğlubiyyətdən sonra belə, ədası yerə-göyə sığmayan bu işğalçı ölkə haqda da İraq kimi təzminat qərarı veriləcək. Həm də daha böyük məbləğdə...

***

 

İraq Küveytə olan 52,4$ milyardlıq təzminat borcunu qapatdı - Şafaqna  Azərbaycanca

 

Doğrudur, Azərbaycan üçün təzminat davası açmaq və aparmaq bir qədər çətin olacaq. Çünki İraq-Küveyt çəkişməsi zamanı əgər hər iki tərəf müsəlman (ərəb) idisə, xristian Ermənistana Qərbin gizli-açıq dini təəssübkeşliyi altındadır, Qərbin aparıcı dövlətlərindən olan Fransa isə onu hətta işğal dönəmində, indi də öz “kiçik bacısı” sayır.

 

Lakin Ermənistan tərəfinin əlində yalan-palanlardırsa, bizim də əlimizdə daşdan keçən əlahəzrət faktlar var. Çətin ki, bu faktları erməni təəssübkeşliyi görünməz edə bilsin. Proses başlayıb və getdikcə daha geniş miqyas və məzmun qazanmadadır. Artıq azad edilmiş ərazilərimizdə alban irsinin tədqiqi üçün işçi qrupunun yaradılması haqda Azərbaycan Mədəniyyət Nazirliyinin qərarı da var. Qrupun tərkibində yerli və xarici mütəxəssislər olacaq. Onlar xristian irsinin monitorinqini aparacaqlar və əgər saxtalaşdırma aşkar edilərsə, bu pozuntular beynəlxalq ekspertlərin iştirakı ilə sənədləşdiriləcək və beynəlxalq ictimaiyyətə təqdim olunacaq.

 

Rəsmi İrəvanın, erməni katolikosluğun güclənən təlaşı, arda-arda verilən hay-küylü bəyanatlar sözsüz ki, ən əvvəl bundan qaynaqlanır. Zarafat deyil, Bakı “miatsum”a “həyat verən” “oksigen balonu”nu bağlayır...

***

 

Ermənilərin Füzulidə dağıtdığı Şeyx Babı türbəsinin maraqlı TARİXİ

 

Sirr deyil ki, ermənilər uzun on illərdir Azərbaycan torpaqlarının işğalına müstəsna olaraq həmin abidələr hesabına haqq qazandırıb, guya  burada aborigen (köklü) xalq olduqlarını bu yolla sübut eləməyə çalışıblar. Eyni səbəbdən onlar işğal altında saxladıqları ərazilərdə Azərbaycana məxsus mədəni-tarixi və dini irsi məhv eləmək üçün nə mümkündür, ediblər.

 

Odur ki, İrəvan təkcə işğal faktına, ərazimizdəki urbisidə, ekosidə görə deyil, həm də vurulan böyük mənəvi ziyana görə təzminat ödəməli olacaq. Hər halda, Səddam Hüseyn İraqı Ermənistandan fərqli olaraq, işğal elədiyi ölkədə - Küveytdə heç bir tarixi-mədəni abidəyə zərər yetirməyib, vandallıq aktları törətməyib. Erməni vəhşiləri isə Qarabağda nəinki daşı-daş üstə qoymayıblar, hətta uçura bilmədikləri məscidlərimizdə donuz saxlayıblar. Bununla da təkcə Azərbaycan xalqının yox, bütövlükdə müsəlman aləminin heysiyyətini təhqir ediblər. Deməli, buna görə də əlavə kompensasiya ödəməlidir.

 

İşğaldan azad edilmiş torpaqlarda erməni vandallığını, erməni vəhşiliyi və barbarlığını öz gözləri ilə görmüş, qeyri-müsəlman əcnəbi ekspertlər də bu mövqeyi tam bölüşürlər...

  

***** 

 

“Ermənistanın Qarabağda işğal dövründə həyata keçirdiyi siyasət etnik millətçiliyə əsaslanan barbarlığın qarışığıdır”.

 

Oxu.az - Aleksandr Razuvayev: “Ermənistanda hər şey söhbətlərlə  məhdudlaşacaq” - MÜSAHİBƏ

 

“Yeni Müsavat”ın məlumatına görə, bunu Axar.az-a müsahibəsində rusiyalı tanınmış ekspert Aleksandr Razuvayev deyib.

 

“Erməni mədəniyyətinə, erməni ənənəsinə aid olmayan hər şey təhqirə və ya məhvə məruz qalıb. Onların məntiqinə görə, azərbaycanlılar, daha geniş şəkildə desək, bütün türklər vəhşi köçəri, hörmətə layiq olmayan köksüz barbar, ikinci dərəcəli insanlardır”, - analitik qeyd edib.

 

Onun sözlərinə görə, buna əmin olmaq üçün erməni millətçiləri ilə Facebook və digər sosial şəbəkələrdə ünsiyyət qurmaq kifayətdir: “Qarabağda məscidlərin donuzxanaya çevrilməsi artıq bütün sərhədləri keçmək deməkdir. Ateist ideologiyasının mahiyyətini heç vaxt gizlətməyən kommunistlər də belə şeyi ağıllarından keçirməmişdilər. Mən özüm müsəlman deyiləm, amma mən və dostlarım, həm xristian, həm də Kazan və Ufadan olan müsəlmanlar tamamilə şokda idik. Bu kadrlar Rusiyanın federal kanallarında göstərilsəydi, o zaman Rusiyada ictimai rəy mütləq Bakının tərəfində olardı”.

 

Razuvayev hesab edir ki, bu mövzu dünyada fəal şəkildə təbliğ edilməlidir, çünki təkcə Rusiyada deyil, beynəlxalq aləmdə media sahəsi erməni diasporunun güclü təsiri altındadır: “Düşünürəm ki, ermənilər Qarabağın heç vaxt Azərbaycana qayıtmayacağına, əbədi onlarda qalacağına inanırdılar. Ümumiyyətlə, bu, ləyaqətsizlikdir: əsl döyüşçü həmişə başqasının inancına hörmət edir, hətta düşmənin də. Dağılmış qəbiristanlıqlar çox pisdir. Ölülərin dincliyini pozmağa görə Allah amansızcasına sorğulayacaq. Halbuki Azərbaycan özü dünyəvi və tolerant dövlətdir. Burada müxtəlif dinlərə mənsub insanların - müsəlmanların, xristianların, yəhudilərin, zərdüştilərin, tenqriçilərin və bir çox başqa dinlərin nümayəndələri rahat yaşayır”.

*****

Bəs Ermənistan? Hələ sovet dönəmindən aydın idi ki, sürətlə dünyanın tək monoetnik ölkəsinə çevrilən, etnik millətçiliyin və faşizmin tüğyan elədiyi və dövlət siyasəti səviyyəsinə qaldırıldığı (nasistlərə qoyulan və “pir”ə çevrilən heykəllər buna sübutdur!) bir ölkə işğalda saxladığı yad ərazilərdə də eyni barbarlığı həyata keçirəcəkdi.

 

Ermənistan hər ikisinin cavabını artıqlaması ilə verəcək. Verməlidir. Ki, bəşəriyyət əleyhinə, ümumbəşəri tarixi-mədəni irsı qarşı belə vandalizm halları bir daha təkrarlanmasın.

Hamıya dərs olsun. Hər halda, YUNESKO-nun araşdırma missiyasının Ermənistana, azərbaycanlıların dədə-baba yurduna da baş çəkəcəyi gözlənilir. /“Yeni Müsavat”/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA