Bir saat əlavə yuxu arıqlamağa kömək edir
Heç bir pəhriz saxlamadan arıqlaya bilərsiniz. Bunu etmək üçün hər gün yataqda daha çox, təxminən bir saat artıq vaxt sərf etməlisiniz.
Bu nəticəyə Çikaqo Tibb Universiteti alimləri gəlib.
Yuxunun Tədqiqi Mərkəzinin ekspertləri çəkiləri 80 kilo civarında olan könüllülərin cəlb olunduğu klinik sınaq keçiriblər.
Tədqiqatın nəticələri Amerika Elmlər Akademiyasının Daxili Xəstəliklər Jurnalında dərc olunub.
Yataqda daha çox vaxt keçirən könüllülər (orta hesabla 6.5 saat) daha az aclıq yaşayıb və beləliklə də, gündəlik qəbul etdikləri müntəzəm kalori miqdarını orta hesabla 270 kkal azalda biliblər.
Eksperimentə 20-40 yaş arası 80 nəfər qatılıb.
Tədqiqat müəllifləri qeyd ediblər ki, keyfiyyətli yuxu arıqlamaq üçün sağlam qidalanma qədər vacibdir.
Xəbər lenti
Azərbaycandan Fransaya CAVAB
"Fransanın bu fəaliyyətindən dərs çıxarması daha faydalı olardı"