Milanda “İnter” “Liverpul”a qarşı

11:39 16-02-2022 | icon 399 | İdman
Milanda “İnter” “Liverpul”a qarşı

UEFA Çempionlar Liqasında bu gün pley-off mərhələsinin daha iki oyunu keçiriləcək.

 

Versus.Az xəbər verir ki, Milanda “İnter” “Liverpul”u, Avstriyanın Zalsburq şəhərində isə eyniadlı komanda Münhen “Bayern”ini qəbul edəcək.

 

16 fevral

 

00:00 “İnter” (İtaliya) – “Liverpul” (İngiltərə)

 

Baş hakim: Şimon Marçinyak (Polşa)

 

Milan. Cüzeppe Meatsa adına stadion

 

Oynamayacaqlar: Nikolo Barella, Xoakin Korea, Robin Qozens (hər üçü “İnter”)

 

Oynamaları sual altındadır: Alessandro Bastoni, Matias Vesino (hər ikisi “İnter”), Cordan Henderson

 

Hər iki komanda hazırda ölkə çempionatlarında ikinci pillədə qərarlaşıb. Bu iki komanda sonuncu dəfə də 2008-ci ildə qarşılaşıb. Onda da komandalar Çempionlar Liqasının 1/8 finalı mərhələsi çərçivəsində qarşılaşıb. “Liverpul” 2008-ci ilin martın 11-də Milanda keçirilmiş görüşdə Ferran Torresin yeganə qolu ilə qələbə qazanıb.

 

16 fevral

 

00:00 “Zalsburq” (Avstriya) – “Bayern” (Almaniya)

 

Baş hakim: Maykl Oliver (İngiltərə)

Zalsburq. “Red Bull Arena”

 

Oynamayacaqlar: Bernardo, Mamadi Diambu, Seku Koyta, Brayan Oko, Albert Vallçi (hamısı “Zalsburq”), Alfonso Deyvis, Leon Qoretska, Camal Musyala, Manuel Noyer, Yosip Stanişiç (hamısı “Bayern”)

 

Oynamaları sual altındadır: Zlatko Yunuzoviç, Benyamin Şeşko, Luka Suçiç (hər üçü “Zalsburq”)

 

Əslində bu qarşılaşma bol qol baxımından maraqla gözlənilir. Ölkələrinin son çempionları bu mövsüm də qızıl medalları qazanmağa çox yaxındır. Komandalar sonuncu dəfə 2020-ci ildə qarşılaşıb. Bu da Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutub. 2020-ci ilin noyabrın 4-də Avstriyada keçirilmiş qarşılaşmada Münhen təmsilçisi olan qonaqlar 6:2 hesabı ilə qalib gəlib. Həmin matçda polşalı Robert Levandovski dubl müəllifi olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR