BDU-nun kafedra müdiri vəfat edib
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Mineralogiya və geokimya kafedrasının müdiri, əməkdar elm xadimi, geologiya-mineralogiya elmləri doktoru, professor Məmməd Çıraqov vəfat edib.
Qeyd edək ki, M.Çıraqov 21 iyun 1938-ci ildə Gürcüstanın Bolnisi rayonunda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirəndən sonra AMEA-nın Kimya İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 1966-1969-cı illərdə SSRİ EA Sibir şöbəsində Qeyri-Üzvü Kimya İnstitutunda aspirant, 1971-ci ildə BDU-nun Faydalı qazıntılar kafedrasında baş müəllim, 1973-ci ildən dosent, 1990-cı ildən BDU-nun Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasında professor vəzifələrində çalışıb.
M.Çıraqov 220-dən çox elmi məqalənin, 3 monoqrafiyanın, 5 dərsliyin müəllifi olub. O, pedaqoji-akademik fəaliyyəti dövründə 7 elmlər namizədi yetişdirib. Yeni quruluşların açılması, müqayisəli kristallokimya üsulunun yaranması və onun əsasında mineralların və qeyri-üzvi birləşmələrin modelləşdirilməsi, kalsium silikatlarında polisomatizm hadisəsi, mineralların çevrilməsinin istiqamətliliyi istiqamətində tədqiqat aparıb.
M. Çıraqov 1990-cı ildə Xudu Məmmədov adına mükafatla, 2008-ci ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. 2009-cu ildə ”İlin müəllimi” fəxri adına, 2015-ci ildə isə AMEA-nın akad. M. V. Əliyev adına mükafatına layiq görülüb.
Allah rəhmət etsin!
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"