Ağcabədidə ər arvadını BIÇAQLADI
Fevralın 17-i saat 16 radələrində Aytən Qasımovanın Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində yaşadığı evdə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağcabədi Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri Raman Təhməzovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Aytən Qasımovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Raman Təhməzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"