“Formula-1”in biletlərinin QİYMƏTİ

12:30 18-02-2022 | icon 485 | İdman
“Formula-1”in biletlərinin QİYMƏTİ

İyunun 10-12-də keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisi üçün biletlərin satışa çıxarılacağı vaxt açıqlanıb.

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Versus.az-a verilən məlumata görə, biletləri fevralın 22-dən etibarən əldə etmək mümkün olacaq.

 

Yarışlar üçün nəzərdə tutulan biletlərin qiyməti yerli azarkeşlərə birgünlük ayaqüstü zonada 90 - 160 manat, üç günlük tribuna biletləri 280 - 970 manat, uşaqlar üçün (16 yaşadək) isə 190 - 690 manat aralığında dəyişir. Bundan əlavə, hər il olduğu kimi, bu il Paddok klubu və xüsusi korporativ yerlər üçün bilet satışı da nəzərdə tutulub.

 

2020-ci ildə COVID-19 səbəbilə təxirə salınmış “Formula-1” Azərbaycan Qran-prisi zamanı alınmış biletlər hazırki yarış üçün keçərli olacaq.

 

Bu ilki yarışların formatında qlobal pandemiya fonunda tamaşaçıların təhlükəsizliyini maksimum dərəcədə təmin etmək məqsədilə konsert proqramı nəzərdə tutulmayıb. Lakin ötən illərdə olduğu kimi, bu il də tamaşaçılar üçün müxtəlif əyləncə proqramları təşkil olunacaq.

 

Tamaşaçılardan yarış vaxtı ölkədəki COVID-19 təhlükəsizlik qaydalarına əməl etmələri tələb ediləcək.

 

BŞH-nın icraçı direktoru Arif Rəhimov unudulmaz yarış həyəcanını yenidən yaşamaq istəyən hər kəsi bilet almağa dəvət edib: “Bakıda altıncı dəfə baş tutacaq “Formula-1” yarışlarına biletlərin satışa çıxarıldığını elan etməyə şadıq. Ötən il tamaşaçısız keçirilməsinə baxmayaraq, gərgin mübarizə və gözlənilməz nəticə ilə yekunlaşan yarışı böyük auditoriya kütləsi izləmişdi. Bu il baş tutacaq yarışların daha da maraqlı olacağına əminik. Bu il konsert proqramı nəzərdə tutulmasa da çalışacağıq ki, bu möhtəşəm yarışı Bakıda canlı izləmək istəyən hər kəs üçün fərqli əyləncə imkanları təqdim edək. Bütün “Formula-1” azarkeşlərini tezliklə satışa çıxarılacaq biletləri əldə etməyə dəvət edirik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR