Avropa Parlamentindən növbəti TƏXRİBAT

17:52 18-02-2022 | icon 791 | Geopolitika
Avropa Parlamentindən növbəti TƏXRİBAT

Abutalıb Səmədov: "Azərbaycanın ümidi odur ki, Rusiya digər iki həmsədrdən tam fərqli mövqe tutur və..."

 

Avropa Parlamentinin 2021-ci il üçün xarici siyasət və təhlükəsizlik üzrə bu günlərdə açıqlanan hesabatı Ermənistanda böyük sevinc və ümidlə qarşılanıb. “ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq səviyyədə tanınan yeganə format” olduğu qeyd edilən hesabatda “regionun sabitliyini və rifahını təmin etmək, eləcə də regional güclərin təsir və müdaxiləsinə qarşı çıxmaq üçün Avropa İttifaqı və üzv ölkələrinin Cənubi Qafqazda daha çox iştirakının zəruriliyi” vurğulanır. Həmçinin Aİ, onun üzv dövlətləri və İnsan Hüquqları üzrə vitse-prezidenti “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağla bağlı davamlı nizamlamanın tapılmasında fəal iştirak etməyə” çağırılır. Hesabatın 42-ci maddəsində, ATƏT-in Minsk Qrupunun bu “münaqişənin ərazi bütövlüyü, güc tətbiq edilməməsi, öz müqəddəratını təyinetmə və bərabərlik, münaqişələrin sülh yolu ilə həlli prinsipləri əsasında həlli üçün yeganə beynəlxalq səviyyədə tanınmış format olaraq qaldığı” xüsusi qeyd edilir. Eyni zamanda MQ-nin mümkün qədər tez vasitəçilik roluna qayıtmasına çağırış edilir, növbəti dəfə “hərbi əsirlərin qaytarılmasının” vacibliyi vurğulanır.


Versus.Az xəbər verir ki, Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov Avropa Parlamentinin məlum hesabatını şərh edərkən bildirib.

 

Partiya sədri hesab edir ki, Avropa Parlamentinin ATƏT-in Minsk Qrupunu Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq səviyyədə tanınan yeganə format sayması bizi təəccübləndirməli deyil:

 

"Çox təəssüf ki, reallıq bundan ibarətdir. Qarabağ münaqişəsinin bitməsi və özünü “Dağlıq Qarabağ” adlandıran qondarma quruma heç bir statusun verilməyəcəyi barədə Azərbaycanın mövqeyini dünyanın əksər dövlətləri və beynəlxalq qurumlar dəstəkləmir. Hətta bizə dost olan, yaxud, belə hesab etdiyimiz dövlətlər də heç vaxt qəbul edə bilməyəcəyimiz mövqe sərgiləyirlər və Minsk qrupunun “Qarabağ münaqişəsinin” həllində aktiv mövqe tutmasını tələb edirlər. Baxmayaraq ki, Azərbaycan prezidenti ilin əvvəlində yerli televiziyalara müsahibəsində qəti şəkildə bəyan etmişdi ki, Minsk qrupu “Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdır, çünki bu münaqişə həll olunub. Biz onların yerinə bu məsələni həll etdik. Onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik. Hərbi əməliyyatlar bitəndən dərhal sonra dövlət başçımız cəsarətlə bu mövqeni ortaya qoysa da dünya güclərinin müqaviməti davam edir".

 

A.Səmədov bildirib ki, Azərbaycan təkbaşına, hətta Türkiyə ilə birlikdə də bu güclərə qarşı dura bilməz:

 

"Bizim mövqeyimizi gücləndirən məqamlar barədə Azərbaycan prezidenti həmin müsahibəsində danışaraq demişdi ki, “indi həmsədrlər arasında da əvvəlki dövrlərdəki kimi birlik yoxdur. Həm bu ölkələr arasındakı münasibətlər son vaxtlar xüsusilə çox gərginləşib, eyni zamanda, keçmiş münaqişə və indiki vəziyyətlə bağlı onların fərqli fikirləri var. Məncə, onlar öz aralarında bir razılığa gələ bilmirlər”.

 


Partiya sədrinin fikrincə, Azərbaycanın əsas ümidi odur ki, Rusiya digər iki həmsədrdən tam fərqli mövqe tutur və danışıqlara Minsk qrupunu yaxın buraxmaq istəmir:

 

"Üstəlik, prezidentimiz ötən ilin iyul ayında bəyan etdi ki, bu məsələdə Azərbaycanla Rusiya arasında fikir ayrılığı yoxdur. Təbii ki, məhz bu amil son nəticənin istədiyimiz kimi olacağına ümidlərimizi artırır. Ancaq o da aydındır ki, bizi qarşıda uzunsürən, ağır mübarizə gözləyir. Arxayınlaşa bilmərik və hətta arxayınlaşmaq istəsək də erməni havadarları bizə bu imkanı verməyəcəklər".


A.Səmədov güman edir ki, Azərbaycan xarici işlər nazirliyi həm Avropa parlamentinin bu hesabatına, həm də ilin sonunda ABŞ prezidentinin imzaladığı “Milli müdafiə haqqında” qanunda yer alan dəhşətli iddialara öz münasibətini mütləq bildirməli və bu cür təxribatlardan çəkinməyi tələb etməlidir.

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür