Polşada kişi, Çexiyada qadın cüdoçularımız

11:38 21-02-2022 | icon 285 | İdman
Polşada kişi, Çexiyada qadın cüdoçularımız

Polşanın paytaxtı Varşavada və Çexiyanın paytaxtı Praqada keçiriləcək cüdo üzrə Avropa Açıq turnirlərində iştirak edəcək cüdoçularımızın adları bilinib.

 

Versus.Az xəbər verir ki, 35 ölkənin idmançısının qatılacağı Varşavadakı yarışda 13 kişi cüdoçumuz yarışacaq.

 
 

Bunlar yığmanın ikinci heyət üzvləridir: Əhməd Yusifov, Rövşən Əliyev, Nazir Talıbov (hər üçü -60 kq), İbrahim Əliyev, İsmayıl İbrahimov, Tofiq Əliyev (hər üçü -66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (hər ikisi -73 kq), Zelim Skayev (-81 kq), Vüqar Talıbov, Coşqun Abdullayev (hər ikisi -90 kq), İmran Yusifov, Camal Feyziyev (hər ikisi +100 kq).

 

45 ölkənin cüdoçularının iştirak edəcəyi Praqadakı yarışda isə ancaq qadın millimiz mübarizə aparacaq. Onların sayı yeddi nəfərdir: Aydan Vəliyeva, Aişə Qurbanlı, Şəfəq Həmidova (hər üçü -48 kq), Səbinə Əliyeva (-52 kq), Fidan Əlizadə (-57 kq), Aytac Qardaşxanlı (-63 kq), Südabə Ağayeva (-70 kq).

  

Qeyd edək ki, Polşadakı turnir 26-27 fevral, Çexiyadakı yarış isə 5-6 mart tarixlərində keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR