“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu Azərbaycanda

11:00 22-02-2022 | icon 279 | İdman
“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu Azərbaycanda

Türkiyə millisinin, “Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu Tanju Çolak Naxçıvan Muxtar Respublikasına səfər edib.

 

Versus.Az xəbər verir ki, 58 yaşlı veteran hücumçunun səfəri Naxçıvan Futbol Federasiyasının ötən ay seçilmiş yeni sədri Vüqar Abbasovun dəvəti ilə gerçəkləşib.

 

O, Naxçıvan şəhərində Heydər Əliyev muzeyini ziyarət edib, mərkəzi stadionda və Uzunoba gölünün yanındakı süni örtüklü meydançası olan bazada olub. O həmçinin, AFFA Region Liqası çərçivəsində yerli “Araz-Naxçıvan” – “Şahbuz” matçına baxıb.

 

Onunla respublikamızda futbolun inkişafına dair 10 illik dövlət proqramı çərçivəsində danışıqlar və məsləhətləşmələr aparılacaq. Mütəxəssis öz təcrübəsini yerli məşqçilərlə bölüşəcək.

 

Qeyd edək ki, Tanju Çolak 1987-1991-ci illərdə “Qalatasaray”da çıxış edib və Türkiyə çempionatında 124 oyuna 116 qol vurub. Həmçinin, onun 1991-1993-cü illərdə “Fənərbağça” karyerası da var.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR