“Çelsi”dən qələbə

08:24 23-02-2022 | icon 325 | İdman
“Çelsi”dən qələbə

UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsində daha iki oyun keçirilib.

 

Versus.Az xəbər verir ki, “Çelsi” İngiltərədə Fransanın “Lill” klubu ilə üz-üzə gəlib.

 

Qarşılaşmada erkən qol vurulub. Matçın 8-ci dəqiqəsində Kay Havertz fərqlənib və meydan sahiblərini hesabda önə çıxarıb.

 

Qarşılaşmanın 63-cü dəqiqəsində Pulişiç londonluların ikinci qoluna imza atıb.

 

Matç elə bu hesabla yekunlaşıb - 2:0. 

 

Gecənin digər oyununda İtaliya “Yuventus”u İspaniyada “Vilyareal”la qarşılaşıb.

 

Turinlilər 1-ci dəqiqədə Vlahoviçin qolu ilə önə keçiblər.

 

Matçın 66-cı dəqiqəsində Parexo meydan sahiblərinin bərabərlik qoluna imza atıb. 

 

Qarşılaşmada başqa qol olmayıb və tərəflər meydandan sülhlə ayrılıblar.

 

UEFA Çempionlar Liqası

1/8 final, ilk oyunlar

 

22 fevral

“Çelsi” (İngiltərə) – “Lill” (Fransa) – 2:0
Qollar: 
Havertz, 8, Pulişiç, 63

 

 
“Vilyareal” (İspaniya) – “Yuventus” (İtaliya) – 1:1
Qollar: Parexo, 66 - Vlahoviç, 1
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR