Qərbin separatçılara ikili yanaşması dəyişmir, tanınma riski isə...

10:41 23-02-2022 | icon 345 | Geopolitika
Qərbin separatçılara ikili yanaşması dəyişmir, tanınma riski isə...

Rusiyanın bu addımları artıq heç kimə sürpriz deyil

 

Rusiya prezidenti Vladimir Putinin Ukayna ərazisindəki separatçı qurumları tanımaq qərarı erməniləri xeyli sevindirib. Xankəndindəki separatçıların rəhbəri Araik Arutyunyan, “DQR parlamentinin spikeri” Artur Tovmasyan dərhal bu qərarı alqışlayıblar. Xankəndindəki separatçıların “xarici işlər naziri” David Babayan açıqlama verərək, Ukraynadakı qondarma qurumların Putin tərəfindən tanınmasının onlar üçün də presedent yaratdığını bəyan edib.

 

Ermənistan parlamentini Euronest-də təmsil edən “Hayastan” blokunun nümayəndəsi Artur Xaçatryan çıxış edərək Ermənistan hökumətini LNR, DNR-in “müstəqilliyini” tanımağa çağırıb. Rusiyanın addımı sosial medianın erməni seqmentində də hərəkətlilik yaradıb. Ayrı-ayrı erməni siyasətçiləri, yazar və təhlilçiləri iddia edirlər ki, Ermənistan Rusiyanın bu addımından nümunə götürüb, özündə güc tapıb, qondarma ‘’artsax’’ı dövlət kimi tanımalıdır.

 

Ermənistan bu addıma gedə bilərmi? Düşmən ölkə bunu etsə, Azərbaycan dərhal Xankəndinə girib, öz ərazi bütövlüyünü qoruma haqqından istifadə edə bilərmi? Nəhayət, Rusiyanın Ukraynanı bölmə hərəkətinə kəskin təpki verən, Putini və Kremli hədələyən Qərb paytaxtları niyə 30 il eyni addımı atan Ermənistana qarşı susqun oldular. Niyə bu cür reaksiyalar İrəvanın vəhşi və aqressiv siyasətinə qarşı verilmədi?

 

Ələsgər Əhmədoğlu: "Dərhal məhkəməyə müraciət edin!" - Xural qəzeti

Ələsgər Əhmədoğlu

 

Hüquqşünas Ələsgər Əhmədoğlunun fikrincə, Rusiyanın bu addımları artıq heç kimə sürpriz deyil: 

 

“İmperialist davranışlarından vaz geçməyən aqressiv Putin yönətimi addım-addım köhnə SSRİ xəyallarına doğru irəliləyir... Qorxaq, ikiüzlü Qərb siyasəti isə onun ardınca sürünür. İllərdir separatçı rejimlərə ikili yanaşan Qərb siyasətçiləri əslində bu gün olanların bünövrəsini illərdir özləri inşa edib. Qondarma Dağlıq Qarabağa hər il ABŞ Dövlət Departamentindən milyonlarla vəsait ayıranda, 30 il işğal altında qalan torpaqlarımızı beynəlxalq hüquqa istinad edərək işğaldan təmizləyəndə Ermənistana təcavüz kimi görüb, səsini qaldıran Fransanın, Belçikanın, Niderlandın, Lüksemburqun eyni davranışını Rusiyanın da konkret əmələ çevirəcəyini, özünə sərf edən separatçı rejim yaradıb, dəstəkləyəcəyini dərk etməli idi. Rusiyanın yayılmaçı imperialist siyasətinin ömrü putinlərin ömrü ilə məhdudlaşacaq, lakin Qərbin ikili standartları, separatçıların bir hissəsinə ”özününkü", digərinə “işğala vasitəçi” kimi baxması dəyişən kmi görünmür. Ukrayna olayları bitər-bitməz yenidən separatçı erməni rejimini gündəmə gətirəcəklərinə özüm kimi əminəm".

 

Asif Nərimanlı yazır...

Asif Nərimanlı

 

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Xankəndindəki ermənilərin müstəqil dövlət kimi tanınması təhlükəsini daha çox Rusiyadan gözləmək lazımdır: 

 

“Xankəndindəki separatçıların ”müstəqilliyini" tanımaq məsələsində Ermənistandan daha çox Rusiyanın yarada biləcəyi risk var. Post-sovet məkanında qondarma “respublikaların” tanınması belə bir presedenti gücləndirir. Qarabağda “rus icması” məsələsinin gündəmə gəlməsi də bu riski artırdı. Lakin Donbasdan fərqli olaraq, Rusiyanın Qarabağda buna gedəcəyi ehtimalı azdır. Belə bir ssenarinin tətbiqi Azərbaycanın Türkiyənin dəstəyi ilə bölgədə əməliyyatlara başlamasına səbəb ola bilər. Qarabağın Donbasdan fərqli olaraq dörd tərəfdən Azərbaycan Ordusu tərəfindən əhatə olunması da hərbi baxımdan belə ssenarini mümkünsüz edir. Digər tərəfdən, belə bir addım Türkiyə ilə də üz-üzə gəlmək deməkdir və xüsusilə hazırkı geosiyasi qarşıdurmada bu, Moskvaya sərf etmir. Qarabağda baş verənlər, “rus icması” kartı və s. Rusiyanın Azərbaycana mesajı olaraq dəyərləndirilməlidir. Azərbaycan və Rusiya arasında “müttəfiqlik bəyannaməsi”nin imzalanması bu mesajı aydınlaşdırır. Rəsmi Bakı da Moskva ilə bəyannamə imzalayaraq, Qarabağda ola biləcək mümkün risklərin qarşısını alır. Fikrimcə, Ermənistanda və Xankəndindəki separatçıların “müstəqillik” çağırışları Rusiyanın Ukraynada atdığı addımdan həvəslənmələrindən irəli gəlir. Bunlar elə çağırış olaraq da qalacaq". /“Yeni Müsavat”/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür