Azərbaycanla Türkiyə arasında hərbi təhsil müzakirə edildi

02:16 24-02-2022 | icon 400 | Gündəm
Azərbaycanla Türkiyə arasında hərbi təhsil müzakirə edildi

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və onun Quru Qoşunları üzrə köməkçisi kapitan Tural Məmmədov fevralın 23-də Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru, professor Erhan Afyoncu, universitetin Müştərək Hərb İnstitutunun rektoru general-leytenant Olcay Yılmaz, Quru Qoşunları İnstitutunun rektoru general-mayor İlker Görgülü, Hərbi Hava Qüvvələri İnstitutunun rektoru general-mayor Ender Kartal, Hərbi Dəniz Qüvvələri İnstitutunun rektoru kontr-admiral Rafet Oktar ilə görüşüblər.

 

Azərbaycanın Ankaradakı səfirliyindən bildirilib ki, görüşlərdə Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq və mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

 

Qeyd olunan məktəblərdə Qərargah zabiti, Qərargahın idarəedilməsi kurslarında, eləcə də magistr təhsili alan azərbaycanlı zabitlərlə də görüş keçirilib. Zabitlərin təlim-tədris prosesi, məişət şəraiti, qarşılaşdıqları çətinliklərlə bağlı müraciətləri dinlənilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”