Ermənibaşlar Avropada Azərbaycanı İTTİHAM ETDİLƏR

12:07 25-02-2022 | icon 443 | Siyasət
Ermənibaşlar Avropada Azərbaycanı İTTİHAM ETDİLƏR

Azay Quliyev: "Azərbaycanı bu yöndə ittiham etmək çox gülüncdür"

 

Fevralın 24-25-də Vyanada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) hibrid formatda 21-ci qış sessiyası keçirilir.

 

Versus.az Azərtac-a istimadən xəbər verir ki, sessiyanın ilk günü Assambleyanın hər üç komitəsinin birgə iclasında ATƏT məkanında əsas çağırışlar və Ukraynadakı vəziyyət müzakirə olunub. Ermənistan parlament nümayəndə heyətinin üzvü Eduard Ağacanyan gündəlikdəki mövzulardan tamamilə uzaqlaşaraq, Azərbaycana qarşı ənənəvi ittihamlar səsləndirib.

 

Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev çıxışında bildirib ki, əslində fərqli mövzuda çıxış etmək niyyətində olsa da, Ermənistan nümayəndə heyəti növbəti fürsəti əldən verməyərək, Azərbaycana qarşı əsassız ittihamlarla dolu çıxışına cavab verməlidir. Deputat qeyd edib ki, Ermənistan nümayəndə heyətinin son iki ildə ATƏT PA-nın sessiyalarına hazır mətnlərlə gəldiyinə və cari müzakirələrin mövzusundan asılı olmadan həmin mətnləri səsləndirdiklərinə dair təəssürat yaranır. Hər dəfə eyni yalanlar söylənir, hər dəfə eyni ittihamlar təkrarlanır. Bu isə təəssüf doğurur, çünki 30 ildən bəri Azərbaycanın 20 faizini işğal altında saxlayan Ermənistanın nümayəndələrinin bu kimi mövzulara toxunmağa haqları çatmır:

 

“Azərbaycanı öz dövlət ərazisində hərbi əməliyyat keçirməsinə görə ittiham etmək sadəcə olaraq gülüncdür. Azərbaycan öz ərazilərini işğaldan azad edib və bu zaman BMT Xartiyasının 51-ci maddəsinə əsaslanıb, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasını təmin edib. Bununla da Ermənistanın Azərbaycan ərazilərinin işğalına və təcavüzünə son qoyulub”.

 

Azay Quliyev vurğulayıb ki, Ermənistan nümayəndəsi eyni tərzdə aqressiyanı beynəlxalq dialoq platforması olan ATƏT PA-da da nümayiş etdirməyə çalışır. O, Ermənistan tərəfinin bu rəftarının qəbuledilməz olduğunu bildirib, erməni nümayəndələrindən konstruktiv mövqe nümayiş etdirməyi, assambleyanın dialoq ruhuna uyğun müzakirələr aparmağı və Azərbaycana qarşı əsassız ittihamlardan əl çəkməyi tələb edib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür