"Ukrayna ordusu şücaətlə vuruşur, lakin"

19:07 25-02-2022 | icon 693 | Geopolitika
"Ukrayna ordusu şücaətlə vuruşur, lakin"

Fəhmin Hacıyev: “Rusiya birbaşa 17-18-ci əsrlərin işğal məntiqi ilə hərəkət etdi”

 

“Artıq 2-ci gündür ki, Rusiya Ukraynaya təcavüz etsə də, heç bir ərazini işğal edə bilməmişdir. Bir sıra ərazilərdə, əsasən Kuxovka istiqamətində körpünü partlatdıqlarına görə Ukrayna ordusu orada müqavimət göstərir. Başqa istiqamətlərdə isə ruslar irəlilədikləri yerdən geri çəkiliblər”.

 

Versus.az xəbər verir ki, bu barədə hazırda Ukraynada yaşayan keçmiş hərbçi Fəhmin Hacıyev bildirib.

 

F.Hacıyev hesab edir ki, Rusiya-Ukrayna müharibəsi Rusiyanın Ukraynaya təcavüzü kimi dəyərləndirilməlidir. Çünki bu iki dövlətdən biri müstəqillik, sülh istədiyi halda, digəri müharibə istədi və Ukraynada təcavüz planını həyata keçirdir:

 

“Rusiyanın Ukraynaya qarşı təcavüz planını bu dərəcədə vəhşicəsinə həyata keçirəcəyini təsəvvür etməmişdim. Bu məsələ dövlətlərarası münasibətlərdə, siyasi, geopolitik, sivil, güc, hətta yarıgüc tətbiqi mərhələsini keçib. Burda Rusiya birbaşa 17-18-ci əsirlərin işğal məntiqi ilə hərəkət etdi. Rusiya müasir dünyanın ağlının anladığı məntiqlə hərəkət etmədi. Bu işğal prosesidir. Burda məqsəd tamamilə Ukraynanı bir vassal dövlətə çevirmək, silahsızlaşdırmaq, Ukrayna hakimiyyətini Rusiyanın idarə etdiyi hakimiyyətin əlinə keçirmək, Ukraynanın bütün ərazisini təsir altında saxlamaqdan ibarətdir. Putinin də dediyi kimi, Rusiya Avropanın, NATO-nun Şərqə doğru genişlənməsinə imkan vermək istəmir”. 

 

Keçmiş hərbçi hesab edir ki, Ukrayna Rusiya üçün ona görə təhlükəli dövlət hesab olunur ki, Ukraynada demokratik proseslər gedir və bu da rus cəmiyyətinə ciddi təsir edir, Putin hakimiyyətinə böyük təhlükə yaradır F.Hacıyev Ukrayna ordusunun şücaətlə vuruşduğunu bildirib:

 

“Təəssüflər olsun ki, meydanda yalnız qalır. Beynəlxalq aləmin dəstəyi gözləndiyindən çox-çox zəif oldu. Hətta Ukraynanın hava məkanından qorunması məsələsinin gündəlikdə olmaması da çox təəssüflər doğurur. Ukraynanın hava məkanlarını qorumaq imkanları olsa da, bu daha zəifdir. Çünki atılan ballistik raketlərin sayı kifayət qədər çoxdur. Bunun 70-80 faizi dəf edilsə də, 20 faiz keçidlə artıq Ukraynanın yaşayış məskənləri raketlərlə məhv edilir. İndiki mərhələdə Rusiya hər hansı bir qələbə çalmasa da, söhbətlər gedir ki, Putin Zelenskini devirərək başqa bir rusiyapərəst şəxsin hakimiyyətə gətirilməsi ilə əməliyyatı dayandıra bilər”.

 

O, bu müharibənin Ukraynada hər kəs üçün, eləcə də orada yaşayan azərbaycanlılar üçün də böyük həyati təhlükə yaratmasına diqqət çəkib. /Hafta.az/

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili