"Bu cinayəti törədənlər hələ də məsuliyyətə cəlb edilməyib"

09:48 26-02-2022 | icon 577 | Siyasət
"Bu cinayəti törədənlər hələ də məsuliyyətə cəlb edilməyib"

ALDP-də Xocalı soyqırımının 30-cı ildönümü yad edildi

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Xocalı soyqırımın 30-ci ildönümü ilə bağlı ALDP Sədr Aparatının online iclasını keçirib.

 

Versus.Az xəbər verir ki, bu barədə partiyanın Mətbuat Xidmətinin məlumatında bildirilir.

 

Qeyd edilir ki, toplantı iştrakçıları soyqırım zamanı şəhid olmuş insanların xatirəsini yad ediblər.

 

Toplantıda ALDP sədri Fuad Əliyev geyd edib ki, “26 fevral azərbaycan xalqına garşı ən dəhşətli qenosidlərindən biridir:

 

"Soygırımın əsl baiskarlar olan 366-cı alay və erməni təcavüzkarlardır və bu faciəni biz beynalxalq ictimaiyyətə təqdim edilməsinə çalışmalıyıq. Dünya dövlətlərinin gözü qarşısında baş verən Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Soyqırımın törədilməsindən 30 il keçməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən lazımi siyasi və hüquqi qiymət verilməyib və bu cinayəti törətmiş şəxslər hələ də məsuliyyətə cəlb edilməyib”.

 

ALDP sədri fevralın 25-i beynəlxalq təşkilatlara Xocalı qətliamını törətmiş cinayətkarların ədalət mühakiməsi qarşısında cəzalandırılması ilə bağlı, soyqırımı və bəşəriyyətə qarşı törədilmiş cinayət aktı kimi tanımaq üçün BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, Human Rights Watch, Amnesty İnternational, CARE International, Danish Refugee Council,  Norwegian Refugee Council, International Alert, International Bridges to Justice, Save the Children International, Transparency International, World Vision, NDI, Avropa Parlamentinin bir sıra üzvlərinə və ALDP-nın əməkdaşlıq etdiyi partiyalara müraciətin göndərdiyini bildirib.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür