Müğənni bacısının ölüm anından DANIŞDI

09:52 02-03-2022 | icon 444 | Mədəniyyət
Müğənni bacısının ölüm anından DANIŞDI

Aynur Dadaşova: “Ayaqları soyuqdan göyərmişdi, fenlə isitdim”

 

ARB TV-nin “O Üz” verilişinin növbəti buraxılışı müğənni Aynur Dadaşovanın bacısı Günel Dadaşovaya həsr olunub.

 

Aynur Dadaşova mərhum bacısı Günelin ölüm anından danışıb, göz yaşlarına hakim ola bilməyib:

 

“Mənə dedi ki, gedək pəncərənin önündə söhbət edək. Sənə sual verim, amma düzgün cavab ver, məni aldatma, çünki hər şeyə baxmışam. Ardınca sualını verdi ki, ölüm necə olur? Dedim sənin qəbir evindir. Sol tərəfə baxdı. Gözündən yaş süzüldü, amma məndən gizlətdi. Xahiş etdi ki, stolunu qibləyə çevirim. Əyləşdi, günəşin şüası məni vursun dedi. Oktyabr ayı idi, günəş şüası ona vururdu, dedi ki, nə gözəl istidir, gözlərini yumdu. Nə bilərdim ki, səhər sübh vaxtı dünyasını dəyişəcək. Belə halları çox olurdu. Dəyişirdi sonra təkrar düzəlirdi. O heç vaxt adyal ilə yatmazdı, ürəyi çox sıxılırdı. Divanda yatmışdı mən də yanında əyləşmişdim. Qalın yorğana bürünmüşdü. Leylanı çağırıb soruşdum ki, anan həmişə belə yatır? Dedi, yox. Düşündüm ki, bəlkə ona soyuqdur, üşüdür. Ayaqlarına baxanda gördüm ki, soyuqdan göyərib, buz kimi idi. Feni gətirib ayaqlarını isidəndə ayıldı ki, nə edirsən? Dedim, bacı, ayaqların çox soyuqdur. Bəlkə də Allah elə elədi ki, sübh vaxtı rəhmətə getsin. Səhər 5 radələrində azan vaxtı dünyasını dəyişdi”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür