Deputatdan ÇAĞIRIŞ

18:45 04-03-2022 | icon 352 | Siyasət
Deputatdan ÇAĞIRIŞ

Qənirə Paşayeva: "Bölgələrdə şəhidlərimizin adı əbədiləşdirilsin"

 

"Bizim rayon və kəndlərimizdə kifayət qədər adsız küçələr var. Medal və orden sayından asılı olmayaraq həmin küçələrə, bəzi parklara, meydan və körpülərə şəhidlərimizin adının verilməsi mümkündür".

 
 
Versus.Az xəbər verir ki, bunu İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik məruzəsi haqqında məsələnin parlamentdə müzakirəsi zamanı çıxışında Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva deyib.
 
 
Millət vəkili ombudsmanın fəaliyyətini və Milli Məclisə təqdim etdiyi hesabatı yüksək qiymətləndirib:
 
 
"Biz müvəkkilliklə daimi şəkildə əməkdaşlıq edirik. Ombudsmanın fəaliyyətinin genişlənməsi müraciətlərin artmasında öz əksini tapıb. Təbii ki, müraciətlərin çoxalmasının bir səbəbi bu instituta insanlar arasında etimadın daha da artmasıdırsa, digər bir səbəbi də bizi ciddi şəkildə düşündürməlidir".
 
 
Çıxışı zamanı Şəhid anaları və Şəhid xanımları başda olmaqla bütün qadınlarımızı qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən Q.Paşayeva vurğuladı ki, bu hesabatda da sözügedən məsələlər öz əksini tapıb:
 
 
"Ötən gün 5 şəhid anasının müraciəti əsasında onlarla görüşdük. O şəhid analarından üçünün sadəcə bir oğul övladı olub. Beş şəhidimizin heç biri evli olmayıb. Anaların sadəcə bir istəyi var idi. Mən o istəyi burada bir daha dilə gətirərək Baş nazirimizə, Nazirlər Kabinetinə müraciət etmək istəyirəm. Bu anaların ən böyük istəyi ondan ibarətdir ki, şəhid övladlarının adları onların doğulduğu, yaşadığı rayonlarda, kəndlərdə əbədiləşdirilsin. Bizim rayon və kəndlərimizdə kifayət qədər adsız küçələr var. Medal və orden sayından asılı olmayaraq həmin küçələrə, bəzi parklara, meydan və körpülərə şəhidlərimizin adının verilməsi mümkündür. Bəzi rayonlarımızda bu iş sürətlə gedir amma bütün rayonlarda vəziyyət eyni deyil. Ailələr də müraciətində bildirdi ki, qurumlardan onlara “bizə Nazirlər Kabinetindən deyilsin, sonra bu addımı ataq” söylənib. Ona görə, çox xahiş edirik, ümumi şəkildə bu məsələyə baxılsın və məsələ həll olunsun. Düşünürəm, bayram günlərində şəhid analarını sevindirən birinci xəbər bu olar ki, şəhid övladlarının adları əbədiləşdirilsin. Mən də onların xahişini çatdıraraq inanıram ki, məsələ öz müsbət həllini tapacaq".
 
 
Ombudsman Səbinə xanım Əliyevanın hesabatını diqqətlə oxuduğunu qeyd edən millət vəkili qeyd edib ki, hesabatda ən maraqlısı və vacibi təklif və tövsiyyələr hissəsidir:
 
 
"Bəzi məsələlər var ki, neçə illərdir təklif və tövsiyyələr hissəsində təkrarlanır. Amma məlumat verilmir ki, niyə hər kəsi narahat edən bu məsələlər öz həllini tapmır? Bu çox vacib bir məsələdir. Məsələn, mən bilirəm ki, cənab Prezidentin də Bakı şəhəri və ətraf qəsəbələrdə müxtəlif zamanlarda tikilən sənədsiz evlərin inventarlaşdırılması və qeydiyyatının aparılması ilə bağlı ciddi tapşırıqları olmuşdu. Bu, həm vətəndaşlarımızın hüququ baxımından həm də dövlətimizlə bağlı çox ciddi addımdır. - Həm vətəndaşımız, həm dövlətimiz qazanar. Problem nədir ki, məsələyə uzun zamandır baxılır, amma həllini tapmır?
 
İkinci məsələ odur ki, bir kəndin sakinlərinə fərq qoyula bilməz. Bir kənddə sovet dövründə ev tikmiş vətəndaşlar dövlət hesabına yanacaqla təmin olunur amma yeni yaşayış massivində ev tikilirsə, öz hesabına qaz çəkməlidir. Bu evlərin sahiblərinin böyük qismi də gənc ailələrdir. Onlar bildirir ki, eyni kəndin sakinləri olaraq biz də bu xidmətdən yararlanmaq istəyiri. Mən də çox xahiş edirəm, millət vəkili olduğum Tovuz rayonunda da bu məsələ öz həllini tapsın".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili