Ermənilər Xankəndi ərazisində “Ararat erməni-rus regional filialı” açır?

15:11 05-03-2022 | icon 453 | Qarabağ
Ermənilər Xankəndi ərazisində “Ararat erməni-rus regional filialı” açır?

““Ararat” filialı yaradan rus ermənisi, sabah da başqa qurum yaradacaq”

 

Ukrayna-Rusiya müharibəsində xüsusilə Rusiyadakı ermənilər fəallaşıb. Erməni separatçıları Qarabağda kök salmağın növbəti mərhələsini aktivləşdirməyə başlayıblar. Separatçılar və onların Rusiyadakı lobbiləri Qarabağı boşaltmaq əvəzinə, özbaşına hərəkətlərindən əl çəkmir, ərazilərdə yerləşən müvəqqəti rus sülhməramlılarnın missiyasında olan rayonlarımızda istədikləri kimi mərkəzlər yaradıb ordakı qeyri-qanuni fəaliyyətlərini  təsdiq etməyə çalışırlar. Erməni separatçı rejim bu dəfə də Xankəndi-Qarabağ ərazisində “Ararat erməni-rus regional filialı”nı açmaq istəyirlər.

 

Bu proses 30 il davam edən işğal siyasətinin davamıdır. Verilən xəbərlərə görə, bu filialı Rusiyada fəaliyyət göstərən erməni QHT rəhbərləri yaradır. Bu günlərdə isə erməni QHT-ləri Qarabağda - Xankəndidə Donetsk-Luqanskın tanınmasına dair aksiya keçirəcəklər.

 

Rusiyanın Ukraynadakı müharibəsi fonunda Qarabağda qalan ermənilərin fəallaşması, özbaşınalığı regionda hansı təhlükəni yaradır. Belə qeydlər var ki, “Ararat erməni-rus filialı”nın açlması da Ermənistanın Rusiya ilə münasibətini dərinləşdirmək məqsədini güdür. Ermənistanda Rusiya adına hər hans bir mərkəz yaratmağa cəsarətləri çatmayan ermənilər Qarabağda meydan sulayır. Bu cür aksiyaların qarşısını necə almaq olar?

 

“Ən sərt şəkildə Qarabağda qanunlarımızı tətbiq eləməliyik”

 

Siyasi şərhçi, ermənişünast alim Qafar Çaxmaqlı açıqlamasında bildirib ki, Azərbaycan Qarabağın sülhməramlıların nəzarətində olan ərazilərində öz suveren hüquqlarını bərpa etməyənə qədər ermənilərin bu cür qeyri-qanuni addımlarının sayı çox olacaq.

 

Onun sözlərinə görə, bununla da ermənilər bu bölgədə rusların yardımı ilə möhkəmlənərək, yenə də əvvəlki separatçı hərəkətlərini davam etdirəcəklər:

 

“Birinci növbədə Qarabağda Azərbaycan qanunlarını tətbiq etməliyik ki, belə anormal hallar ortaya çıxmasın. Biz nə qədər geciksək, o qədər  də ermənilər orda möhkəmlənib gələcəkdə bizim başımıza bəla olacaqlar”.  

 

Q.Çaxmaqlı qeyd edib ki, ermənilərin Qarabağdakı özbaşınalığına son qoymaq üçün Azərbaycan qətiyyətli addımlar  atmalıdır:

 

“Bu gün bir filial açırlarsa, sabah Rusiyanın və digər ölkələrin başqa quruluşlarının  filiallarının açılması da ola bilər. Burada ermənilərin qalması, möhkəmləndirilməsi tədbirlərinin görülməsi məqsədi güdülür. Bundan sonra da belə hallarla qarşılaşa bilərik. Ona görə də Azərbaycan ən sərt şəkildə Qarabağda öz qanunlarını tətbiq eləməlidir. Orada suveren hüquqlarımız bərpa edilməli, dövlət orqanlarımız artıq həmin ərazilərdə fəaliyyətə başlamalıdır. Bu Azərbaycan ərazisidir və orada separatçı dəstələrin boy göstərməsinə imkan verməməliyik”.

 

“Erməni kimdir ki, dövlətimizdən hüquqi qaydada icazə almadan mərkəz yaradır?”

 

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu şərhində bildirib ki, ermənilərin Xankəndidə hər hansı bir mərkəz, filial yaratması təbii ki, qanunsuzdur.

 

Onun sözlərinə görə, erməni, özü də Rusiyada yaşayan QHT rəhbəri heç bir haqla gəlib Azərbaycan ərazisində, özü də “Ararat” adında bir mərkəz yarada bilməz:

 

“Bu təbii ki, yolverilməzdir. Azərbaycanın qədim şəhəri olan Xankəndi ərazisində ermənilərin qanunsuz fəaliyyətlərinin qarşısı alınmalıdır. Erməni kimdir ki, Azərbaycan dövlətindən hüquqi qaydada icazə almadan belə bir mərkəz yaradacağını iddia edir. Mərkəz hansı qanunla, qayda ilə açıla bilər. Təbii ki, heç bir qanuni sənədə söykənə bilməz. Əgər Xankəndidə yaşayan ermənilər hər hansı bir iş görmək istəyirlərsə, buna görə Azərbaycandan  icazə almalıdırlar”.

 

N.Cəfəroğlu ermənilərin məhz sülhməramlıların missiyasında olan ərazilərdəki qeyri-qanuni, öz başına hərəkətlərinin mahiyyətinin əslində təxribata yönəlik əməllər olduğunu qeyd edərək, Azərbaycan QHT təşkilatlarının da buna səssiz qalmamalı olduğunu bildirib. Hüquq müdafiəçisi hesab edir ki, ermənilər Qarabağda nə qədər qanunsuz, heç bir əsasa söykənməyən addımlar atsalar da, bunun qarşısı alınmalıdır.

 

“Qarabağdakı separatçı rejim hər cür əxlaqsızlığa getməyə hazırdır”

 

Demokratiya və İnsan Haqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, bu gün yer kürəsinin 7 milyardlıq əhalisinin böyük əksəriyyəti Ukrayna müharibəsində Rusiyaya qarşıdır.

 

O, bu kontekstdə 20-30 minlik separatçı rejimin Rusiyaya dəstək istiqamətində belə addımlar atmasını cəfəng, mənasız adlandırıb. Onun fikrincə, üstəlik, Qarabağda olan erməni separatçılarının “Ararat” adında mərkəz yaratmaq istəkləri, Azərbaycan daxilində özbaşına hərəkətlər etmələri də qeyri-qanuni və yolverilməzdir:

 

“Qarabağda olan separatçı rejim istəklərinə nail olmaq üçün hər cür əxlaqsızlığa getməyə hazırdır. Amma Paşinyanın “Parlament saatında” “kommunikasiyalar açılacaq, sülh sazişinə hazıırıq, eyni zamanda sərhədlərin demorkasıyası həllini tapacaq” deməsi həm separatçılara, həm də Ermənistanın özündəki qüvvələrə zərbədir. Ukraynaya Rusiyanın müdaxiləsindən öncə Putinin Paşinyanla danışığı, eyni zamanda Moskvada Müttəfiqlik sazişi imzalanarkən onun 9-10-cu bəndində 10 noyabr sazişindəki bəndlərin yer alması ermənilərə böyük zərbədir. Ermənilər çıxış yolu axtarmaq üçün beynəlxalq hüquqa zidd, yaramaz hərəkətlərindən çəkinməyəcəklərini göstərmək istəyirlər. Amma heç bir mənası yoxdur”.

 

Hüquqşünas bildirib ki, ermənilərin Qarabağda çıxardığı qanunsuz, cılız oyunlara diplomatiya yolu ilə cavablar verilir:

 

“Hazırda ermənilərin bu cür təxribatçı hərəkətlərinin qarşsının alınması Rusiya sülhməramlılarından tələb olunur. Əgər onlar hər hansı bir formada atəşkəs rejimini pozacaqlarsa, əldə olan razılaşmanın şərtlərini pozaraq silaha sarılacaqlarsa, Azərbaycan ordusunu qarşılarında görmüş olacaqlar”.

 

 

Hüquqşünas eyni zamanda bildirib ki, heç bir QHT separatçı rejimin daxil olduğu ərazidə özünün nümayəndəliyini yarada bilməz:

 

"Bir dövlətin ərazisində qeydiyyata alınmış təşkilat başqa bir dövlətin ərazisində separatçılarla əməkdaşlıq etməsi yolverilməzdir. Əgər belə hal olarsa, Azərbaycan hakimiyyəti öz sözünü deyəcək".

 

Ç.Qənizadə hesab edir ki, söhbət QHT və insan hüquqları təşkilatından gedirsə, Azərbaycan hüquq müdafiə təşkilatları bəyanatla çıxış edərək, həm Rusiya sülhməramlılarından, həm də Rusiya Ədliyyə Nazirliyindın bu qurumun fəalliyyəti ilə bağlı hüquqi qiymət verilməsini tələb edə bilər. Rusiya sülhməramlıları onun bu ərazidə fəaliyyətinin formalaşmasına imkan verməyə bilər, Ədliyyə Nazirliyi isə separatçıya dəstık verən belə bir qurumun qeydiyyatını ləğv edə bilər" /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür