Ermənilərə normal qonşular kimi yaşamaq TƏKLİFİ

10:12 15-03-2022 | icon 686 | Siyasət
Ermənilərə normal qonşular kimi yaşamaq TƏKLİFİ

Abutalıb Səmədov: “Ermənistan öz “əzəli və əbədi müttəfiqi”nə etimadsızlıq göstərir”

 

Xəbər verildiyi kimi, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərin normallaşdırılması üçün rəsmi İrəvana təqdim olunan təklifləri açıqlayıb. Artıq uzun müddətdir sülhlə bağlı təkliflərimizə səssiz qalan Ermənistan bu gün Azərbaycanla sülh müqaviləsi ilə bağlı danışıqlara başlamaq üçün beynəlxalq vasitəçilərə müraciət etmək planlarını dilə gətirməklə nəyə nail olmağa çalışır?

 

Yaxud, Azərbaycanın bu təkliflərinə Ermənistanın reaksiyası nə olacaq, Sülh sazişi nə vaxt imzalanacaq?

 

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 44 günlük Vətən müharibəsi başa çatandan qısa müddət sonra Azərbaycanın Ermənistanla sülh müqaviləsi üzərində işləməyə hazır olduğunu bəyan edib. O, qeyd edib ki, uzun müddət bu təklifə heç bir reaksiyanın verilmədiyini görən Azərbaycan prezidenti ötən ilin noyabrında Soçidə keçirilən üçtərəfli görüşdə sülh sazişi ilə bağlı təklifi təkrar edərək ermənilərə “normal qonşular kimi yaşamağı öyrənməyi” təklif etdi:

 

“Lakin bir neçə ay ərzində  Ermənistan verilən təkliflərə susqunluq göstərməklə, heç bir konkret cavab vermədi. Bundan sonra Azərbaycan tərəfi  növbəti addımı atdı və Ermənistanı böyük sülh müqaviləsi üzərində işləməyə  dəvət etdi. Diplomatik təşəbbüsü əldən verməyərək və bu istiqamətdə təzyiqləri artıraraq prosesi ermənilər üçün asanlaşdıracaq Ermənistan-Azərbaycan dövlətlərarası münasibətlərinin normallaşması üçün baza prinsipləri təqdim edildi. Həmin prinsiplərin hamısı beynəlxalq hüquqa əsaslanır və bu təklifləri rədd etmək çox məntiqsiz olmaqla yanaşı, qonşularımızı dünya birliyi qarşısında çətin duruma sala bilər.

Görünür bunu nəzərə alan Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi ikinci təklifə müəyyən mənada cavab verib və Ermənistanın Azərbaycanla sülh müqaviləsi ilə bağlı danışıqlara başlamaq üçün beynəlxalq vasitəçilərə müraciət etmək planlarını dilə gətirib”.

 

A.Səmədov hesab edir ki, Sülh sazişinin imzalanması prosesində əsas problem bir neçə məsələ ilə əlaqədardır:

 

“Ermənistan sülh sazişində mütləq status məsələsinin də salınmasını və öz həllini tapmasını təklif edir. Azərbaycan tərəfi bu təklifi qəti şəkildə qəbul etmir və 10 noyabr 2020-ci tarixdə dövlət başçımızın verdiyi bəyanatı bir daha ermənilərə xatırladır- “Azərbaycanda Dağlıq Qarabağ deyilən inzibati-ərazi vahidi yoxdur və heç bir status söhbəti ola bilməz!”

Sülh sazişinin imzalanması ilə bağlı ikinci ciddi problem vasitəçilərlə bağlıdır. Azərbaycan prezidenti bu proseslərə Minsk qrupunu yaxın buraxmayacağını birmənalı şəkildə bəyan etdiyi halda ermənilər yalnız onun vasitəçiliyini qəbul etdiklərini bildirirlər. Maraqlıdır ki, Azərbaycan danışıqların Rusiyanın vasitəçiliyi ilə aparılmasını mümkün saysa da, Ermənistan öz “əzəli və əbədi müttəfiqi”nə etimadsızlıq göstərir və bu vasitəçiliyi qəbul etmədiyini bəyan edir.

Bu problemləri aradan qaldırıb və sülh sazişini imzalamaq mümkün olacaqmı? Bunu qarşıdakı günlər göstərəcək”.

 

A.Səmədov bir məsələdə əmindir ki, qarşıda Azərbaycan diplomatiyasını Ermənistana və havadarlarına qarşı ağır mübarizə gözləyir.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür