3 slavyan ölkəsi Ukraynaya dəstək verdi

17:08 16-03-2022 | icon 488 | Dünya
3 slavyan ölkəsi Ukraynaya dəstək verdi

Polşa, Çexiya və Sloveniya baş nazirləri Kiyevə səfər etdi. Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə həmin ölkələrin baş nazirləri ilə görüşüb. Bu görüş regiona nə vəd edir. 

Politoloq Turan Rzayev Versus.az-a şərhində maraqlı nüanslara diqqət çəkib.  O, görüş öncəsi Polşa Baş naziri Mateuş Moravetski Feysbuk hesabında paylaşımına diqqət çəkib. Orada deyilir: “Bu gün, Rusiyanın Ukraynaya təcavüzünün 20-ci günü ukraynalılarla həmrəyliyimizi nümayiş etdirmək üçün baş nazirin müavini Yaroslav Kaçinski, Çexiya Baş naziri Petr Fiala və Sloveniya Baş naziri Yanez Yanşeylə Kiyevə gedirik”.

 

"Belə bir səfəri təşkil edən şəxs Polşa Baş naziri Mateuş Moravetskidir. Polşa slavyan əsilli xalq olsa da ən az Ukrayna qədər Rusiyadan nifrət edir. Məsələnin tarixi aspekti bir yana, siyasi baxımdan Varşava ilə Moskva arasında münasibət hər zaman soyuq və ehtiyatlı olub. Təsadüfi deyil ki, bu gün Ukraynaya dəstək verən ölkələrdən biri də Polşadır. Rəsmi Varşava Qərbdən və ABŞ-dan Ukraynaya gələn yardımın öz ərazisindən sərbəst keçməsinə şərait yaradır. Bundan başqa Polşa tərəfi Ukraynaya silah və iqtisadi yardım da edir.

Çexiya da bənzər şəkildə Rusiyaya qarşı soyuq münasibət göstərib. Hətta bu məsələdə Polşa ilə eynilik təkil etdiyini də demək olar. Mövcud Ukrayna-Rusiya müharibəsi isə bu münasibətləri daha da pisləşdirdi. Misal üçün Çexiyanın Baş naziri Petr Fiala müharibə ilə əlaqədar Rusiya vətəndaşlarına viza verilməsini dayandırıb. Bundan başqa rəsmi Praqa Ukraynada Rusiyaya qarşı döyüşmək istəyən Çexiya vətəndaşlarına icazə verib. Hətta Çexiya müdafiə naziri Yana Çernoxova açıqlayıb ki, 400-ə yaxın könüllü Ukraynada döyüşmək üçün müraciət edib".

 

Politoloq Slavyanların  Kiyev-Moskva arasında qütbləşməsinə də toxunub. 

"Maraqlıdır ki, Polşa, Çexiya Sloveniyanın əksinə, Serbiya, Xorvatiya, Slovakiya və Bolqarıstan Ukraynaya dəstək nümayiş etdirmir. Daha doğrusu adları çəkilən ölkələr kimi birbaşa yardım etmir. Düzdür, burada ölkələrin mövcud müharibəyə yanaşma fərqlilikləri olsa da hesab edirəm əsas fərq bu ölkələrin Kremli panslavian ideologiyasının mərkəzi, eyni zamanda slavyan ölkələrinin lideri kimi görmələridir.
Serbiya və Bolqarıstan tarixi və siyasi baxımdan Kremllə ən sadiq dövlətlərdir. Bu gün də əksi bir davranış sərgiləmir. Xorvatiyaya gəldikdə isə Prezident Zoran Milanoviç Ukrayna ilə Rusiya arasında müharibədən öncə açıqca qeyd etmişdi ki, ölkəsi bu müharibədə NATO ilə birlikdə iştirak etməyəcək. Yəni Qərbə ən yaxın sayılan Xorvatiya belə Ukrayna-Rusiya müharibəsində Kiyevi dəstəkləmədiyi kimi, Kreml əleyhinə formalaşan qütbdə yer almaq istəmir.

Nəticə etibarilə deyə bilərik ki, Ukrayna-Rusiya müharibəsi uzandıqca slavyan dövlətlər də Kiyev və Moskva arasında qütbləşəcək. Bu qütbləşmə müharibə sonrası özünü daha qabarıq formada göstərə bilər".

 

Versus.az

Ləman

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...