Qum-çınqıl karxanalarında NÖQSANLAR

12:35 17-03-2022 | icon 565 | Sosial
Qum-çınqıl karxanalarında NÖQSANLAR

Dərinliyi 20 metrdən çox olan göllər yarandı

 

“Bərpası mümkün olmayan faydalı qazıntı materiallarının hasilatı gələcəkdə su ehtiyatlarının tükənməsinə, çirklənməsinə və ekoloji tarazlığın pozulmasına səbəb ola bilər”.

 

Versus.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Geoloji Ekspertiza və Reyestr şöbəsinin aparıcı mütəxəssisi geoloq Sadiq Əmiraslanov bildirib. 

 

Onun sözlərinə görə, İmişli rayonunda yerləşən Bəhrəmtəpə-1, Bəhrəmtəpə-2 və İmişli qum-çınqıl yataqları ərazilərində monitorinq aparılıb:

 

“Məlum olub ki, yerin təkindən istismar qaydalarına riayət olunmaması nəticəsində Araz çayının müasir məcrasının dəyişib, yaxınlıqda yerləşən yaşayış məntəqələrində yeraltı suların səviyyəsi aşağı düşüb, minerallaşma dərəcəsi isə dəyişib. Karxanaların fəaliyyəti nəticəsində Araz çayının yeni məcrasında çayın sağ və sol kənarlarında “oyuq”lar əmələ gəlib, çayın müasir məcrasından kənarda isə göllər və axmazlar yaranıb”.

 

O qeyd edib ki, açıq səthə malik olan yeraltı sulardan buxarlanma baş verdiyinə görə həmin sular yüksək minerallaşma dərəcəsinə malikdir:

 

“Bəhrəmtəpə-2 qum-çınqıl yatağının 50 faiz ərazisində karxana fəaliyyəti nəticəsində dərinliyi 22 m-ə qədər olan göllər əmələ gəlib. Həmçinin göllərdə su səviyyəsinin aşağı düşməsi ilə qum-çınqıl yatağının ətrafındakı ərazilərdə qrunt sularının səviyyəsinin aşağı düşməsi və kimyəvi tərkibində neqativ dəyişiklik baş verib. Araz çayının müasir və qədim məcrası ərazilərində karxana fəaliyyəti zamanı əmələ gəlmiş çuxurlar, gölməçə və göllərin uyğun litoloji tərkibə malik materiallarla rekultivasiya olunması məqsədəuyğun hesab edilir”.

 

Qeyd edək ki, sözügedən ərazidə hələ 2020-ci ildə işində nöqsanlar aşkar olunan karxanaların fəaliyyəti dayandırılıb. 2021-ci ildə isə istismara icazə şərtlərini pozan karxanaların dağ-mədən aktları ləğv olunub və hasilat işləri qadağan edilib. 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...