Saakaşviliyə azadlıq TƏLƏBİ
Brüsseldə, Avropa parlamentinin qarşısında Mixeil Saakaşviliyə azadlıq aksiyası keçirilib.
Versus.az Gürcüstan mediasına istinadən xəbər verir ki, sözügedən aksiyanı Saakaşvilinin lideri olduğu partiyanın fəalı Rəfi Orucov təşkil edib.
Aksiyada Bolnisi bələdiyyə məclisinin üzvü Müşviq Əlləzov və digərləri iştirak edərək Saakaşvilinin azad olunmasını tələb ediblər.
Aksiya iştirakçıları Saakaşvilinin əsassız yerə həbs edildiyini və onun hüquqlarının pozulduğunu vurğulayıblar.
Bundan əlavə, aksiya iştirakçıları adından Avropa parlamentinə bəyannamə təqdim edilib. Bəyannamədə Mixeil Saakaşvilinin azadlığa buraxılması və hüquqlarının qorunması tələb edilib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"