Ekspert Fərruxdakı meyit qalıqlarından DANIŞDI

15:59 30-03-2022 | icon 345 | Qarabağ
Ekspert Fərruxdakı meyit qalıqlarından DANIŞDI

“Qarabağın hər qarışı vətəndaşlarımızın qanı ilə suvarılıb”

 

“Xocalı faciəsi zamanı dəfn edə bildiyimiz vətəndaşlarımızın sayı 613 nəfərdir. Girovların sayı isə 1200-dən çox olub. İndi azad olunan ərazilərdə toplu məzarlıqlar tapılır. Fərrux kəndində tapılan insan meyitlərinin qalıqları Birinci Qarabağ müharibəsində ermənilərin törətdikləri cinayətlərin bariz nümunəsidir”.

 

Bunu açıqlamasında Təhsil Mərkəzinin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova deyib.

 

O bildirib ki, bu, erməni vandallığının nümunəsidir:

 

“Faciə ilə bağlı bir görüntüdə ermənilərin şəhidlərimizi topa şəkildə məzarlığa basdırdıqlarını və yanına da it ölüsü atdıqlarını görmüşdüm. Həmin kadrları can yanğısı, ağrı ilə izləmişdim. Ermənilərin yazıq sifətinin arxasında dəhşətlər, vəhşiliklər dayanır. 1992-ci ildə bizim qadınların başına oyunlar gətirdilər. İşğal zamanı 450 qadınımız girov düşüb. Onlardan bu gün də xəbər yoxdur. Bu eyni ssenaridir ki, fərqli yerlərdə ayrı-ayrı vəhşilər təkrarlayırlar. Bizim də taleyimizə erməni kimi vəhşilər düşüb. Torpaqlar azad olunandan bu günə kimi bir neçə məzarlıq aşkarlanıb. Qarabağın hər qarışı erməni vandallığının ucbatından vətəndaşlarımızın qanı ilə suvarılıb. Buna görə o torpaqlar müqəddəsdir”.

 

Radə Qafarova vurğulayıb ki, Azərbaycan əlindəki faktlarla bütün dünyaya səs salmalıdır:

 

“Qoy tanınsın kim kimdir. Azərbaycan həmişə haqlı olub. Biz heç kimin torpağına göz dikməmişik. Biz dəfələrlə ermənilərlə birgəyaşayışa razı olmuşuq, amma nəticələri hamı bilir. Nəticə - toplu məzarlardır”.

 

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbçiləri Xocalı rayonunun Fərrux kəndi ərazisində mövqelərdə qazıntı işləri apararkən insan meyitlərinin qalıqları aşkarlanıb. Qalıqlar Azərbaycanın Birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş vətəndaşlarına aiddir.

 

Xatırladaq ki, ötən il Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə İlham Əliyev erməni işğalı zamanı əsir və girov götürülənlərdən hələ də xəbər olmadığını xatırlatmışdı.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür