Çörəyin qiyməti 1 MANAT?

18:47 30-03-2022 | icon 409 | İqtisadiyyat
Çörəyin qiyməti 1 MANAT?

Rusiya-Ukrayna müharibəsi dünya ölkələrində ərzaq qıtlığı, bahalaşma xofunu artırır. 

 

Azərbaycanda da çörəyin qiymətinin bahalaşacağı ilə bağlı məlumatlar dolaşır. 

 

İddia edilib ki, çörəyin qiyməti bir manatadək yüksələ bilər.

 

Mütəxəssislərin sözlərinə görə, piştaxtaların boşaldılması qıtlığa, qiymət artımına səbəb olacaq. 

 

Rusiya Azərbaycanın taxıl idxalında tədarükün böyük qismini formalaşdırır. Ölkəmizdə çörəyin qiymətinin bahalaşacağı gözlənilirmi?

 

Deputat Vüqar Bayramlı açıqlamasında bildirib ki, dünya bazarında ərzaq məhsullarının qiymətinin artması daha da sürətlənib:

“Artıq bir sıra Avropa ölkələrində ərzaq qıtlığı problemi var. Bunun səbəbi Qərb ölkələrinin Rusiyaya qarşı sanksiya tətbiq etməsidir. Bahalaşan məhsullardan biri də taxıldır. Azərbaycan taxıla olan tələbatın 60 faizini yerli istehsal, 40 faizini isə idxal hesabına ödəyir. Rusiya Azərbaycanın taxıl idxalında tədarükün 75 faizdən çoxunu formalaşdırır. Rusiya avqustun 31-nə kimi taxıl ixracını dayandırması ilə bağlı qərar qəbul edib. Bu baxımdan həmin ölkədən taxıl idxalında çətinliklər var”.

 

O qeyd edib ki, Azərbaycanda çörəyin qiymətinin artıb-artmayacağı taxılı hansı qiymətə idxal etməsindən asılı olacaq:

“Azərbaycan bir sıra tədbirlər həyata keçirib. Bu ilin yanvarında taxıl idxalını dörd dəfə artırıb. Bu da taxıl ehtiyatlarının genişləndirməsi baxımından vacib hesab olunurdu. Azərbaycan da öz ehtiyatları hesabına qıtlığın qarşını almasına çalışır. Hələlik ehtiyatlar var və çörəyə olan tələb ödənilir. Nəzərə almaq lazımdır ki, dünya bazarında qeyri-müəyyənlik var. Rusiya və Ukraynanın nə zaman ixracı bərpa edəcəkləri bilinmir. Hazırda alternativ bazarlar araşdırılır. Hindistandan buğdanın idxal edilməsi ilə bağlı ilkin müzakirələr var. Qlobal bazarda qiymət artımı digər ölkələrdə də idxal inflyasiyası yaradır. BMT ərzaq məhsullarının qiymətində növündən asılı olaraq 30 faizədək artım olacağını və qlobal yoxsulluğun dərinləşəcəyini bildirib”.

 

Deputat əlavə edib ki, hökumət tərəfindən daxili bazarın qorunması ilə bağlı işlər görülür:

“Hökumət işğaldan azad olunan ərazilər də daxil olmaqla taxıl əkini sahələrini artırmaqla strateji ehtiyatlarımızı çoxaltmağa və yerli istehsalımızı artırmağa çalışır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA