CinemaPlus-da qorxulu Morbius

16:49 04-04-2022 | icon 698 | Film
CinemaPlus-da qorxulu Morbius

"28 Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Morbius” filminin qorxulu təqdimatı keçirilib.

 

Morbius, Columbia Pictures tərəfindən Marvel ilə birlikdə istehsal olunan Yaşayan Vampir Morbius personajının yer aldığı Marvel Comics əsasında hazırlanmış 2022-ci il Amerika superqəhrəman filmidir. Sony Pictures Releasing tərəfindən paylanmış bu, Sony-nin “Hörümçək Adam” Kainatında üçüncü filmdir.

 

Kinoteatrın foyesi filmin üslubuna uyğun dekor olunub. Elin Əhmədov oynadığı Morbius obrazının qeyri-adi görünüşü onu tabutda apararkən qonaqları şoka salıb. Sonra tədbir iştirakçıları böyük məmnuniyyətlə gecənin baş qəhrəmanı ilə foto şəkil çəkdirdilər.

 

DJ Yago, ləzzətli furşet, alkoqol və alkoqolsuz içkilər qonaqlara xoş anlar yaşadıblar. Gecədə həmçinin, fotoqraflar və videoqraf da olub.

 

Filmin rejissoru Daniel Espinosadır. Baş rolu Jared Leto oynayıb. Filmdə həmçinin Maykl Kiton, Mett Smit, Adria Arhona, Jared Harris və başqa aktyorlar çəkilib.

 

Michael Morbius uşaqlıqdan nadir qan xəstəliyindən əziyyət çəkir və bütün yetkin həyatını müalicə tapmağa həsr edib. Bir gün Maykl yarasaların qanında mümkün bir xilası görür və riskli təcrübəyə qərar verir. Təcrübə gözlənilməz reaksiyaya səbəb olur: xəstə hüceyrələrlə əlaqəyə girərək, Morbiusun bədənini dəyişdirərək onu qaniçən bir canavara çevirir. 

 

Tədbirin təşkilində “Astral” və “Paranormal Baku” kvestləri, qrim Qalib Mirzəliyev, “Orli” event şirkəti, “Light in Black” kreativ şirkəti, Brand Media Groups, “Kolorit” kafesi, “Savalan Winery” şirkəti, Bizon və Şeh Su dəstək göstəriblər.

 

Qeyd etmək istəyirik ki, “Morbius” filmini “Dəniz Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrda Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.

 

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür