Norveç rusiyalı diplomatları ölkədən çıxarır
Norveç Rusiyanın Oslodakı səfirliyindən olan üç diplomatı ölkədən çıxarır. Bu barədə Krallığın Xarici İşlər Nazirliyindən bildirilib. Xarici işlər naziri Anniken Huitfeldtin sözlərinə görə, bu üç əməkdaş diplomatik statusları ilə bir araya sığmayan fəaliyyətlə məşğul olub.
Eyni zamanda Xarici İşlər Nazirliyindən bildirilib ki, bu addım Kiyev yaxınlığında yerləşən və təxribatın təşkil olunduğu Buçada baş verən hadisələr fonunda atılır.
“Təbii ki, belə bir vəziyyətdə biz Rusiyanın Norveçdəki arzuolunmaz fəaliyyətinə daha çox diqqət ayırırıq”, – deyə XİN rəhbəri vurğulayıb.
Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın bu addıma müvafiq cavab verəcəyini bildirib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"