Yeni musiqi festivalı ELAN OLUNDU

13:07 07-04-2022 | icon 644 | Şou-biznes
Yeni musiqi festivalı ELAN OLUNDU

İyulun 25-dən 29-dək Sea Breeze Resort-un mənzərəli sahilində Sea Breeze Summer Fest adlı beynəlxalq musiqi festivalı keçiriləcək və qarşıdan gələn yayın əsas mədəni hadisəsinə çevriləcək.

 

Festivalın mətbuat xidmətindən Versus.az-a verilən məlumata görə, qonaqları səhərə qədər unudulmaz şou, möhtəşəm tədbirlər, xeyriyyə aksiyaları, rəngarəng tamaşalar və əyləncəli gecələr gözləyir.

 

Festivalın bütün iştirakçıları qonaqpərvər Azərbaycanın zəngin tarixindən və müasir infrastrukturundan həzz ala biləcəklər. Sea Breeze Summer Festi-n qonaqlarını və tamaşaçılarını 5 gün ərzində genişmiqyaslı musiqi proqramı, 150-dən çox artist, orijinal nömrələr və parlaq şou gözləyir.

 

Festival səhnəsində Basta, Jah Khalib, Zivert, HammAli & Navai, Jony, Artik & Asti kimi məşhur artistlər çıxış edəcəklər. Tamaşaçıları hər gün öz ifası ilə Azərbaycanın xalq artisti EMİN sevindirəcək. Beynəlxalq gün (International day) çərçivəsində festivalda uzaq xaricdən olan sənətçilər - Minelli, Morandi, Outlandish çıxış edəcəklər.

 

Beynəlxalq günün önəmli ifaçılarından biri də türk pop ulduzu Kənan Doğulu olacaq. Bütün bunlarla yanaşı, tamaşaçıları Niletto, Klava Kok, Marie Kraimbreri, Mota və bir çox digər rus estrada ulduzlarının iştirakı ilə möhtəşəm qala gecələri gözləyir.

 

Festivalın təşkilatçıları vurğulayırlar ki, ZHARA festivalı üçün əvvəllər alınmış bütün biletlər yeni festival - Sea Breeze Summer Fest üçün etibarlıdır! Təşkilatçılar onu da qeyd edirlər ki, beş gün davam edəcək festival çərçivəsində müxtəlif yaş və maraq kəsbindən olan insanlar üçün müxtəlif tədbirlər nəzərdə tutulub. Təşkilatçılar qeyd edirlər ki, “Sea Breeze Summer Fest bütün il üçün inanılmaz yay emosiyaları və ilham toplusudur. Beş günlük macəra və Azərbaycanın heyrətamiz mədəniyyəti və ab-havası ilə tanışlıq deməkdir”.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür