Rusiya şirkəti Buça qətliamını araşdırmağa çağırır

11:43 08-04-2022 | icon 400 | Dünya
Rusiya şirkəti Buça qətliamını araşdırmağa çağırır

“Rusal” Ukraynada hərbi cinayətlərin araşdırlımasına çağırış edən ilk Rusiya şirkəti olub.

 

Təsisçisi Oleq Deripaskadan və bir çox digər iri Rusiya ixracatçılarından fərqli olaraq, “Rusal” sanksiyalar altında deyil. Müharibə və dünya ictimaiyyətinin ona reaksiyası şirkətin tədarük zəncirlərinə ziyan vurdu.

 

“Ukraynanın Buça şəhərindən gələn xəbərlər bizi mütəəssir etdi. Hesab edirik ki, bu cinayət hərtərəfli araşdırılmalıdır. Davam edən informasiya müharibəsi kontekstində nə qədər ağır görünsə də, biz bu cinayətin obyektiv və qərəzsiz araşdırılmasının tərəfdarıyıq və günahkarların ciddi şəkildə cəzalandırılmasını tələb edirik”, - deyə “Rusal”ın direktorlar şurasının sədri Bernard Zonneveld bildirib.

 

Şirkət həmçinin “dəyərli insan həyatını xilas etmək və normal həyata qayıtmaq üçün münaqişənin tezliklə sülh yolu ilə həllinə” çağırır.

 

Eyni zamanda, aprelin 6-da yenidən yayılan bəyanatda Buça hadisələri ilə bağlı bu və ya digər tərəfə qarşı konkret ittihamlar yoxdur.

 

Kiyev Rusiya qoşunlarını dinc sakinləri öldürməkdə ittiham edir, Moskva isə bu ittihamları ardıcıl olaraq rədd edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...