"Süni gündəm yaratmaq istəyirlər"

16:16 07-01-2019 | icon 414 | Siyasət
"Süni gündəm yaratmaq istəyirlər"

 

Son günlər antiazərbaycan mərkəzlər yenidən Azərbaycanda süni gündəm yaratmağa və barəsində məhkəmə hökmü olan Mehman Hüseynovu bu süni gündəmə alət etməyə çalışırlar.

 

Versus.Az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Deputat vurğulayıb ki, əslində bu hay-küyün Mehman Hüseynovla heç bir əlaqəsi yoxdur:

 

“O, Azərbaycan vətəndaşı olaraq qanunun tələblərini pozub və hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmə hakimyyətinin qərarı ilə məsuliyyətə cəlb edilib. Mehmanı bu vəziyyətə düşməyə təhrik edənlər bir daha onu növbəti qanun pozutusuna cəlb etməklə yaranmış vəziyyətdən sui-istifadə edirlər. Bunlar yolverilməzdir və heç bir beynəlxalq istismarçı şəbəkənin bunu etməyə haqqı yoxdur. Təəssüf ki, bəzən Mehman kimi qurbanları öz toruna salmağı bacaran antiazərbaycan şəbəkələr belə gəncləri sona qədər istismar etməklə onları ölkənin milli maraqlarına qarşı qoyurlar. Hazırda baş verənlər də növbəti belə oyunun bir həlqəsidir”.

Deputat bildirib ki, Azərbaycana qarşı cəbhə açan belə şəbəkələri nə Mehmanın taleyi, nə də Azərbaycanın mənafeyi maraqlandırır:

 

“Tam əksinə, onlar hüquq və demokratiya müdafiəçiləri kimi görünməklə reallıqda Azərbaycana qarşı düşmənçilik edir, onun beynəlxalq nüfuzuna kölgə salmağa çalışır, ölkəmizin dünya ictimai rəyində antidemokratik obrazını yaratmağa cəhd edirlər. Nəticədə Mehman Hüseynovun həbs edilməsi həmin mərkəzlər üçün bir qənimətə çevrilir. Çünki hazırkı mürəkkəb beynəlxalq şəraitdə söhbət xalqların qlobal müstəvidə mübarizəsindən gedir. Bu mübarizənin qalibləri öz təhlükəsizliklərini təmin edib yaşayacaq, məğlubları isə milli dövlətçiliklərini itirəcəklər. Ona görə də Azərbaycanın əldə etdiyi heç bir uğur imperialist mərkəzlər tərəfindən həzm edilmir. Onlar güclü, təhlükəsiz, özünü müdafiə etməyi bacaran, Lələtəpə, Günnüt əməliyyatları keçirməyə qadir olan, qlobal meqalayihələri həyata keçirən və nəhayət, öz ərazi bütövlüyünü təmin edə bilən Azərbaycanı istəmirlər. Məsələnin qısa mahiyyəti məhz bundan ibarətdir, ona görə də vaxtaşırı bu tipli manipulyasiyalarla üzləşirik. Ancaq məsələ ondadır ki, artıq antiazərbaycan dairələrin belə ssenarilərinə qarşı Azərbaycanda ictimai immunitet yaranıb və bənzər metodlarla ölkəmizə təzyiq etmək mümkün deyil”.

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür