"Günahkaram, buna görə xalqımdan üzr istəyirəm" - ETİRAF
Paşinyan Qarabağın Azərbaycana məxsus olduğunu ETİRAF ETDİ
Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağla bağlı danışıqlarda real vəziyyəti erməni cəmiyyətindən gizlətdiyi üçün özünü günahkar hesab edir.
Versus.az xəbər verir ki, Nikol Paşinyan parlamentdə çıxışı zamanı Qarabağda 44 günlük müharibə zamanı həlak olanlarla bağlı yeni məlumatları açıqlayıb və insidentin səbəblərindən söz açıb.
O, parlamentin tribunasından çıxış edərək bildirib ki, İkinci Qarabağ müharibəsində 3825 nəfər ölüb, onların əksəriyyətinin qalıqları 2021-ci ildə tapılıb, şəxsiyyəti müəyyənləşdirilib və dəfn ediliblər.
Bundan əlavə, Paşinyan Qarabağdakı müharibəyə görə, özünü günahkar bildiyini etiraf edib:
“Mən əvvəldən müharibədə və məğlubiyyətdə öz günahımı, məsuliyyətimi etiraf etmişəm. Amma müxalifətçilərin məni ittiham etdikləri iddiaları qəbul etmirəm. Mən torpaqlarımıza xəyanət etməmişəm. Mən 2018-ci və 2019-cu illərdə xalqa demədiyim üçün günahkaram ki, bizdən əvvəlkilər Qarabağ və ətrafındakı rayonların bu və ya digər konfiqurasiyada Azərbaycana təhvil verilməsini gözləyirdilər. Əslində beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın ərazi bütövlüyü kimi tanıyır. Hazırda Qarabağı tərk etmiş Azərbaycan əhalisinin tam şəkildə geri qayıtması gözlənilir. Mən əvvəlcə əraziləri təhvil verməklə minlərlə insanın həyatını xilas edə bilərdim. Lakin bunu etməkdən imtina edərək, minlərlə qurbanın günahkarı oldum. Buna görə xalqımdan üzr istəyirəm”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"