Ukrayna ordusu “Moskva” kreyserini vurdu
Ukrayna ordusunun uğurlu hərbi əməliyyatı nəticəsində Rusiya hərbi donanmasına məxsus “Moskva” kreyseri sıradan çıxarılıb.
Son məlumata görə, göyərtəsində 510 ekipaj üzvü olan “Moskva” kreyserini güclü alov bürüyüb.
Məlumatı Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç verib.
Öz növbəsində Odessa vilayət administrasiyasının rəhbəri Maksim Marçenko da “Moskva” kreyserinin vurulduğunu təsdiq edib.
O, həmçinin əlavə edib ki, Zmeynı adasında sözügedən kreyserdən ukraynalı hərbçilərə təslim olmaq barədə ultimatum verilmişdi.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"