Hesablama Palatasının nəticələri Milli Məclisə təqdim edildi

17:56 08-01-2019 | icon 425 | Gündəm
Hesablama Palatasının nəticələri Milli Məclisə təqdim edildi

 

Hesablama Palatasının 2019-cu ildə keçirilən ilk Kollegiya iclasında  həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Analitik Arayış və Auditor Hesabatları müzakirə olunub.

 

Versus.Az Modern.az-a istinadən bildirib ki, 4 qurumda yoxlamalar aparılıb.  

 

- “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna daxilolmaların hesablanılması, ödənilməsi və xərclərdən istifadə” mövzusunda  təhlilə dair;

 

- Dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinin auditinə dair;

 

- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və Şöbənin məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin icrasının auditinə dair;

 

- Dövlət büdcəsindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ayrılan vəsaitlərin istifadəsinin auditinə dair.

 

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub.

 

Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisinə təqdim olunması qərara alınıb.

 

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür